“Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır” - Spiker | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


“Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır” - Spiker

İqtisadiyyat A- A A+

“Bu gün Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Arçil Talakvadze NATO baş katibinin müavini Rouz Qotemöllerlə görüşdə bildirib.

O deyib ki, Şimali Atlantika Şurasının toplantısının Batumidə keçirilməsi Gürcüstanın nailiyyətlərinə layiqli qiymətdir.

Spikerin sözlərinə görə, Gürcüstan NATO-ya üzvlükdə irəliləyişə alyans və onun tərəfdaşları ilə birlikdə nail olub.

A.Takavadze Gürcüstanın məsuliyyətli və praqmatik xarici siyasət apardığını qeyd edib. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...