Su resurslarının dayanıqlılığına töhfə vermək üçün suya qənaət mükafatları təqdim olunacaq

İqtisadiyyat 11:39 10.10.2019

Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycan H2Otel Suya Qənaət Mükafatlarının ilk rəsmi təliminə start verdi.

Eurasia Diary xəbər verir ki, bununla, BMTİP Cənubi Qafqaz bölgəsinin qabaqcıl turizm, otelçilik və qonaqpərvərlik təşkilatları ilə səylərini birləşdirərək Azərbaycan və Gürcüstanda su dayanıqlılığı sahəsində yeni mükəmməllik sistemini tətbiq etməyə başlayır. Təlim proqramı Kür çayı hövzəsi boyunca İnteqrasiya olmuş Su Resursları İdarəçiliyinin İnkişafı üçün Kür II layihəsi çərçivəsində təşkil edilib. Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi bu layihə, BMT-nin İnkişaf Proqramı tərəfindən Azərbaycan və Gürcüstanda iki ölkənin hökumətləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

H2Otel Suya Qənaət Mükafatları, otelçilik sənayesində suyun istehlakının azaldılması və suyun çirkliliyinin aradan qaldırılmasında yenilikçi tədbirlər görülməsi üçün Azərbaycan və Gürcüstandakı otelləri dəstəkləyir. Suya qənaət etmək otellərə öz mənfəətlərini artırmağa və dəyərli təbii ehtiyatları qorumağa kömək edir. Bu eyni zamanda ətraf mühitə vurulan ziyanı minimuma endirən otellərə üstünlük verən və getdikcə artmaqda olan müştərilərin də zövqünə oxşayan xidmətlərin təmin edilməsinə zəmin yaradır.

Cənubi Qafqazda H2Otel Suya Qənaət Mükafatları Azərbaycan Otellər Birliyi,  eləcə də 2015-ci ildən bəri hər il Gürcüstanda keçirilən və otel və qonaqpərvərlik sahəsi üzrə müsabiqə və tanıtım mərasimi hesab olunan “Gürcüstana xoş gəldiniz!” Milli Turizm Mükafatları proqramı tərəfindən təqdim olunur.

Hər iki ölkədə H2Otel Suya qənaət Mükafatları proqramı, Böyük Britaniya Şahzadəsi Çarlz tərəfindən qurulan qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Turizm Tərəfdaşlığı tərəfindən hazırlanan Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü (HWMI) vasitələrindən istifadə edəcəkdir. HWMI vasitələri, Azərbaycan və Gürcüstandakı otelçilərə yeni su qiymətləndirmə protokollarını təqdim edəcək və yerli dillərdə istifadəyə veriləcəkdir. Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü vasitələri KPMG və dünyanın aparıcı otelləri ilə birlikdə hazırlanan otellərdə su istehlakını izləmək üçün sadə bir üsuldur.

H2Otel Suya Qənaət Mükafatına qoşulmaq üçün, Azərbaycan və Gürcüstandakı otellərdən layihə tərəfindən həyata keçirilən üç qısa təlim proqramında iştirak etmək, Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü vasitəsi ilə suyun istehlakını izləmək və suyun qorunması üçün innovativ planlar hazırlamaq tələb olunur. H2Otel Suya Qənaət Mükafatlarının qalibləri, mükafat proqramının əsas tərəfdaşlarından, o cümlədən Azərbaycan Otellər Birliyi, “Gürcüstana xoş gəlmisiniz!” Milli Turizm Mükafatları proqramı və BMTİP-dən yerli, regional və beynəlxalq səviyyədə tanınma imkanı qazanacaqlar. Mükafat qazananlar, həmçinin dünyanın 100-dən çox ölkəsində otelçilik sahəsində fəaliyyət göstərən 24000 təşkilat və mülkiyyətçini əhatə edən,  turizm və qonaqpərvərlik sənayesi daxilində dayanıqlı və məsuliyyətli iş praktikaları, yeni məlumat və araşdırmalar təklif edən Green Hotelier aparıcı onlayn bilik platformasında nümayiş olunacaqdır.

H2Otel Suya Qənaət Mükafatlarının ilk təqdimatı 2019-cu ilin dekabr ayında Azərbaycan və Gürcüstanda baş tutacaq.

H2Otel Suya Qənaət Mükafatları haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Mükafatlar proqramının rəsmi Facebookİnstagram səhifələrini nəzərdən keçirə bilər, həmçinin Kür II layihəsinin vebsəhifəsində H2Otel Suya Qənaət Mükafatları portalından də məlumat əldə edə bilər və əlavə suallar üçün [email protected] elektron poçt ünvanına sorğu göndərə bilərlər.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı