Yeni sədr təyin olundu - FOTO | Eurasia Diary - ednews.net

5 Dekabr, Cümə axşamı


Yeni sədr təyin olundu - FOTO

İqtisadiyyat A- A A+

"AFB Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

"Report Banka istinadən xəbər verir ki, bu, Orxan Xubanlıdır. 

O, vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də, ləğv prosesində olan “Bank Standard” QSC-də, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda və "Azsığorta" ASC-də rəhbər vəzifələrdə çalışıb. 

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...