Nazir şəhid övladlarının əlindən öpdü | Eurasia Diary - ednews.net

18 Sentyabr, Cümə


Nazir şəhid övladlarının əlindən öpdü

İqtisadiyyat A- A A+
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladları ilə görüşüb.
 
Eurasia Diary xəbər verir ki, “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində şəhid övladları ilə söhbət edən nazir onların əlindən öpüb. 
 
Nazirin bu addımı sosial şəbəkələrdə xeyli marağa səbəb olub. Qısa zamanda nazirin şəhid övladları ilə çəkilən fotosu sürətlə yayılmağa başlayıb. Minlərlə bəyənmə toplayan foto çoxlarının rəğbəyini qazanıb.   
 
Qeyd edək ki, “Bakutel 2019” sərgisində İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər.
 
Kurslar “Mars Academy”, “Engineering for Kids”, AREA tərəfindən təşkil olunub.BAKU.WS

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...