3 ay ərzində ölkəyə 100 ədəd London taksilərinin gətiriləcəyi planlaşdırılır.
Eurasia Diary xəbər verir ki, bu baradə Real-a müsahibəsində Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini İbrahim Əliyev bildirdi.
İbrahim Əliyev eyni zamanda qeyd etdi ki, bölgələrdə nəqliyyat vasitələrinin yenilənməsi daha sürətli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, 2020-ci ildə bölgələrə taxi fəaliyyəti üçün lazım olan taksimetrlərin gətirilməsi nəzərdə tutulur.