Türkiyə Böyük Millət Məclisi Plan və Büdcə Komissiyasının yeni qərarına əsasən, Türkiyəyə səyahət edən yerli və xarici turistlərdən otel rezervasiyası üçün "qonaqlama vergisi" alınacaq.
Eurasia Diary xəbər verir ki, 5 ulduzlu otel və pansionlarda gecələmək istəyən turistlər otel xərclərinin 2%-i qədər vergi ödəməli olacaqlar.
Qeyd edək ki, bu vergi əvvəllər turizm şirkətləri tərəfindən ödənilsə də yeni qərara əsasən bunu artıq turistlər ödəyəcək.