Azərbaycanda viruslara, quraqlığa və xəstəliklərə dayanıqlı toxumların istehsalı başlayır

İqtisadiyyat 22:38 29.01.2020

Dövlət Toxum Fondunun (DTF) sədri Emin Əliyev Trend-ə müsahibəsində ötən il Azərbaycanda yeni toxumların idxalı və istehsalı sahəsində DTF xətti ilə görülən işlərdən, eləcə də bu il üçün planlardan danışıb.

2019-cu ildə kənd təsərrüfatı sahəsində göstəricilər

"Ötən il kənd təsərrüfatı sahəsində artım təxminən 7 faizə bərabər olub. Əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal edilib ki, bu da 2018-ci illə müqayisədə 6,9 faiz çoxdur. Buğda məhsuldarlığı bir hektardan təxminən 32,4 sentner təşkil edib və ötən illə müqayisədə 2 sentner və ya 7,6 faiz artıb. Pambıqçılıqda məhsul artımı 26,4 faiz olub, məhsuldarlıq isə 67,4 faiz çoxalıb. Bundan başqa, günəbaxan istehsalı 43,3 faiz, kartof 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan bitkiləri 11,4 faiz, meyvə və tərəvəz istehsalı 8,8 faiz artıb. Heyvandarlıqda artıma gəldikdə isə, diri çəkidə ət istehsalı 3 faiz, süd 2,4 faiz, yumurta 9 faiz, yun 1,6 faiz, barama istehsalı 25,3 faiz artıb. Bitkiçilikdə də 10 faizdən çox artım qeydə alınıb".

Şəki və Xaçmazda toxum materiallarının emal həcmləri

"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu (DTF) idxalla yanaşı, 2019-cu ildə Xaçmaz və Şəkidə toxum emalı zavodlarının işə salınması ilə daxili istehsalın artırılması üzrə işləri fəallaşdırıb. Bu günədək Xaçmaz və Şəkidəki zavodlar beş min tonadək toxum materialı emal edib. Müəssisələr Türkiyənin "Akyürek" şirkətinin istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib və saatda 5 min ton toxum emal etmək gücündədir. Bundan başqa, zavodlarda quraşdırılan və 1500 ton həcmi olan bunkerlər tədarük edilən və emal olunan toxumun təhlükəsiz saxlanmasına xidmət edir. Toxum fondu Kənd Təsərrüfatı Nazirliyinin orqanı qismində daxili bazarda bu və ya digər kənd təsərrüfatı məhsuluna tələbatın tədqiq olunması üçün Aqrar İnkişaf Mərkəzi ilə işini intensivləşdirir, toxum materialının istehsalının və ölkə xaricinə ixracın təşkili üçün yüksək rentabelli məhsulun istehsalına yönəlir".

Yeni növ toxumların idxalı haqqında

"Ötən il Dövlət Toxum Fondunun xətti ilə Azərbaycana Rusiyadan iki buğda sortunun toxumları gətirilib. Bu, 140 ton həcmində "Qrom" sortu və 200 ton həcmində "Tanya" sortudur. Hesabat dövründə bu sortlar bir hektardan 55 sentner həcmində yüksək məhsuldarlığı təmin edib. Hazırda Fondun əməkdaşları fermerlərlə əlaqə yaradaraq ölkənin demək olar ki, bütün regionlarında 2020-ci il üçün bazar təhlili həyata keçirir. Sorğuların nəticələrinə əsasən bu və ya digər toxum növlərinə tələbat müəyyənləşdirilir. Bu il dənli bitki toxumlarının çeşidlərini genişləndirmək, yeni növ paxlalı bitkilərin, o cümlədən noxud, lobya, soya toxumlarının,eləcə də kartof, badımcan və digər toxumların gətirilməsi ilə məşğul olmaq planlaşdırılır. Ötən il Dövlət Toxum Fondunun xətti ilə Rusiyadan Azərbaycana "Udaça" sortlu kartof toxumları gətirilib. Kartof toxumlarının idxal həcmi təxminən 39 ton təşkil edib. Qısa müddət ərzində toxumlar fermerlər tərəfindən satın alınıb. Bu sortun məhsuldarlığı bir hektardan 32 ton təşkil edib ki, bu da kifayət qədər yaxşı nəticə sayılır. Demək olar ki, bu toxumun reproduktivliyi və iqtisadi məqsədəuyğunluğu ilə bağlı mütəxəssislərin proqnozları özünü doğruldub. Hazırda Azərbaycan kartof toxumlarının 98 faizdən çoxunu idxal edir. Kartofun strateji ərzaq məhsullarından biri olmasına baxmayaraq ölkədə kartof toxumlarının 1,7 faizdən bir qədər çoxu istehsal olunur. Bu kartof toxumu sortu 2017-ci ildə Dövlət reyestrinə daxil edilib, 2018-ci ildə isə reyestrə "Rozara" və "Vineta" sortları əlavə edilib".

"TOXUMART" mağazalar şəbəkəsi genişlənir

"Dövlət Toxum Fondu "TOXUMART" brendi altında bir neçə mağazaya sahibdir. Analoji mağazaların bu il də açılması planlaşdırılır. Hazırda bu mağazalar Xaçmaz, Zaqatala və Cəlilabad rayonlarında fəaliyyət göstərir. 2020-ci ildə Bərdə, Şəmkir və Sabirabadda daha 3 mağazanın açılması planlaşdırılır. Bu mağazaları yaratmaqda məqsəd toxum satınalınması məsələlərində fermerlərə dəstək göstərməkdir. Bu mağazalarda Dövlət Toxum Fondu tərəfindən idxal olunan buğda, kartof, xaşa toxumları, eləcə də hibrid pomidor, xiyar, qarpız və qarğıdalı toxumları satılır".

Yeni növ toxumların istehsalı barədə

"Hazırda viruslara, quraqlığa və xəstəliklərə daha dayanıqlı toxumların yaradılması üzrə iş aparılır. Söhbət ölkə daxilində sağlam kartof toxumu bazasının yaradılması və müəyyən mənada yerli bazarın idxaldan asılılığının azaldılması üçün "virussuz" kartof toxumlarının istehsalından gedir. Hesablamalarımıza görə, bu cür toxumların istehsalı yaxın zamanlarda başlayacaq".

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
Hamısı