Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində Rusiyanın "Rossiya-24" telekanalına verdiyi müsahibədə OPEK-in genişləndirilməsini məqsədə uyğun saydı.
"Çünki müddət uzadılmasa bazarın necə reaksiya verəcəyini bilmirik və müxtəlif spekulyativ meyllər yenidən yarana bilər.
Neftin qiymətinin dinamikası ilə bağlı sual verərkən, İlham Əliyev bildirib ki, mövcud qiymət həm tədarükçülər, həm də istehlakçılar üçün olduqca faydalıdır.
Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir.
Azərbaycana gəldikdə isə bu il bizim büdcəmizdə neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Ancaq qiymət indi çox daha yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq.