Qızılın qiyməti yüksəldi, neftin isə ucuzlaşdı.
Eurasia Diary-nin "Bloomberg"ə istinadən verdiyi məlumata görə, koronavirusun yayılması və sözügedən virusun qlobal iqtisadiyyata zərər verəcəyinə dair artan narahatlıq, qızılın qiymətinin yüksəlməsinə böyük həcimdə təsir edib.
Qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb ki, bu da 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.
Qeyd edək ki, ötən həftə ərzində qızıl 3,8% bahalaşıb.
Koronavirus üzündən qızılın qiyməti bahalaşsada ölkəmizin əsas gəlir mənbəyi olan neft ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar geriləyərək 57,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,20 dollar ucuzlaşaraq 52,18 dollar təşkil edib.