Birləşmiş Ştatlar digər ölkələrin neft bazarını manipulyasiya etmək səylərinə müqavimət göstərəcək.
"EDNews" xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Enerji Nazirliyinin sözçüsü Şaylin Hynes deyib.
“Donald Tramp rəhbərliyi son hadisələriçox yaxından izləyir. Keçən həftə “OPEC+” ölkələrinin iclasının nəticələrindən sonra bəzi dövlətlərin neft bazarını manipulyasiya və təsir etmək səyləri ABŞ-ın dünyadakı müttəfiq və tərəfdaşları üçün etibarlı enerji tədarükçü rolunun əhəmiyyətini gücləndirir”, - deyə o bildirib.
Rusiya və Səudiyyə Ərəbistanının bazar ziddiyyətləri səbəbindən xam neftin qiymətinin kəskin ucuzlaşmasını şərh edən Ş.Hynes deyib: “Dünyanın ən böyük təbii qaz və neft istehsalçısı olan ABŞ qiymətdəki bu volatilliyə tab gətirə bilər”.