Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar sahələrə 700 min manat həcmində sərmayə qoyulub.
Dövlət Statistika Komitəsindən EdNews-a verilən istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu fəaliyyətlə bağlı sərmayələrin həcmi 28,6% azalıb.
Məlumata əsasən, ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunda bu kateqoriyaya sərmayələrin xüsusi çəkisi 0,04 %-dəkdir.
Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çox vəsait yönəldilib. (apa)