Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

İqtisadiyyat A- A A+

Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.

"OPEC plus” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln. barrel azadılması ilə bağlı 2019-cu ilin 6 dekabrında imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır.

Azərbaycan bu müddət ərzində "Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib. Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı, təxminən, 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.

EdNews xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə "OPEC plus” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan "OPEC plus” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək.(xəzərxəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...