Koronavirus pandemiyası dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması təklif edilir.
Ednews.net xəbər verir ki, bu barədə Mərkəzi Bankın qərarında bildirilib.
Qeyd edilir ki, koronavirus pandemiyası və qlobal enerji bazarlarında kəskin dalğalanmalar nəticəsində iqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsi ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir göstərəcək. Nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və bu xidmətlər üzrə xərclərin azaldılması məqsədilə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
• Banklararası ödəniş sistemlərdə banklardan tutulan xidmət haqqlarının 30 sentyabr 2020-ci il tarixinədək 50%-ə qədər endirilməsi;
• Bankların müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin anoloji qaydada azaldılmasının tövsiyə edilməsi;
• Sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu üzrə xərclərinin azaldılması məqsədilə ekvayer tariflərinin 30 sentyabr 2020-ci il tarixinədək 50%-ə qədər endirilməsinin tövsiyə edilməsi.