Koronavirus pandemiyası və startap ekosistemi

İqtisadiyyat 13:36 28.04.2020

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə koronavirus pandemiyası və startap ekosistemi mövzusunu şərh edib. EDNews.net şərhi diqqətinizə təqdim edir: 

Qlobal startap iqtisadiyyatı təkcə 2016-2018-ci illərdə 3 trilyon ABŞ dolları məbləğində dəyər yaradıb. Bugün isə qlobal pandemiyanın təsiri altında həmin dəyər milyardlarla azalır.Startup Genome data və araşdırma şirkətinin ən son hesabatında təşkilat pandemiyanın artıq startapekosisteminə ilkin fəsadlarını müəyyən etməyəçalışıb. COVID-19 pandemiyasının ilk olaraq Çində yarandığını nəzərə alsaq, bu sahə üzrə ən böyük təsir də özünü məhz bu ölkədə göstərib. 2019-cu ilin dekabr ayından cari ilin fevral ayına qədər Çində vençur investisiya kəskin şəkildə geriləyərək, dünyanın digər ölkələri ilə müqayisədə 50%-dən çox azalmaya məruz qalıb. Dünyada azalma tendensiyası davam etsə, təkcə bu il startapekosistemində təxminən 28 milyard ABŞ dolları məbləğində investisiya qıtlığı yarana bilər. Bundan əlavə Dealroom şirkətinin hesabatına baxsaq, cari ilin yanvar ayından, Avropanın texnologiya və internet şirkətlərinin birlikdətəxminən 400 milyard ABŞ dolları məbləğində vəsait itirdikləri iddia olunur. Startaplar böhrandan daha çox  zərərlə çıxsa da mübarizliyini qoruyan startaplara dövlət və özəl təşkilatların dəstəyinin forması haqda müzakirələr aparılır.

Startapların pandemiya dövründə vəziyyəti

ABŞ-ın CB Insights platformasının hazırladığı hesabata görə, qlobal epidemiya fonunda Asiyada özəl şirkətlərin maliyyələşdirilməsi ləngiyəcək.Dünyadakı icmaların, təşkilat və hökumətlərin  COVID-19-a qarşı birgə səylərinə baxmayaraq pandemiyanın startap ekosisteminə təsiri  qaçılmaz olub. Hətta Airbnb kimi yüksək profil startaplar belə bu təsirdən kənarda qala bilmədi. 31 milyard dollar dəyərində olan bu ev kirayəsi startapı, işə qəbulu dayandırdı və 800 milyon dollarlıq marketinq paketini dondurdu. Bu siyahıya dünya üzrə tətbiq olunmuş karantin tədbirləri və özünü təcrid qaydalarının təsiri nəticəsində külli miqdarda zərər çəkən “Paylaşmaq gözəldir”, “Paylaşmaq sərfəlidir” şüarı altında fəaliyyət göstərən məhsul və xidmətlər təklif edən demək olar ki, bütün startaplar da daxil olunur. The New York Times-ın məlumatına görə, yalnız bir neçə həftə ərzində 50-dən çox startap, təxminən 6000 işçisini ixtisar edib və ya qeyri-müəyyən müddətə tətilə göndərib. Bu ərəfələrdə şirkətlərini səhm bazarına çıxarmağı planlaşdıran startaplar da prosesləri dondurdular.ABŞ-da bir çox gənc texnoloji şirkətlər üçün maliyyələşmə vasitələri qurumaqdadır.Startap bumunun son 10 ilində investorların getdikcə daha çox risklərə getdiklərinigörürdük. Pandemiya böhranı planları startapların yüksək risklərini ifşa etdi.Thinknum Alternativaraşdırma şirkətinin məlumatına görə, təkcə mart ayında ABŞ-da 30 ən dəyərli startapda iş elanı siyahıları 19% və ya hər biri orta hesabla 21 iş yeriazalıb. Startapların fəaliyyətini  izləyən CB Insightsisə vurğulayır ki, 2020-ci ilin ilk üç ayında startapların maliyyələşməsi son 10 il ərzində ikinci ən böyük rüblük eniş tempini yaşayır.

Yüksəlişə aparan eniş

Koronavirus pandemiyası startapekosistemində müəyyən müsbət məqamlar da yaradacaq. Tarixə nəzər salsaq görərik ki, ən böyük və uğurlu şirkətlər məhz böhrandan sonra üzə çıxır.Hesabatlara əsasən50-dən artıq texnologiya nəhəngi (techunicorns) 2007-2009-cu illərin böhranı zamanı və yaxud həmin böhrandan sonra təsis olunub. Bundan əlavə, “Fortune 500” siyahısındakı şirkətlərin yarısından çoxu ya böhran, ya da bazar səhmlərinin dəyərini itirdiyi zaman təsis olunub. Hazırki vəziyyətdə vençur kapital investisiyasındakı azalma və dayanma əslində böhrandan sonra daha çox sayda şirkətin yığılmış daha böyük maliyyəyə çıxış imkanı olacağının göstəricisidir. “The Startup Genome”-un hesabatı göstərir ki, 2001, 2008 və 2009-cu illərin böhranlarından sonra, vençur kapital dəstəyi ilə təsis olunan şirkətlərin sayı əhəmiyyətli tempdə artmağa başlayıb.Pandemiya müəyyən startapların fəaliyyətinə hətta təkan verib. Məsələn dünyada tibb və teletibb, ərzaq tədarükü, onlayn təhsil, distant iş, oyun, TV xidmətləri, videoqrafiya və s. növ startaplarkarantin tədbirlərinə baxmayaraqinkişaf edib. Eyniləonlayn sifariş və  çatdırılmasahəsində fəaliyyət göstərən startaplar yaranan tələbat sayəsində öz işlərini asanlıqla davam etdirirlər. Onların sırasında gəlirlərini artıranlar da var.

Çevik və sosial vəziyyətin fərqində olan startaplarıngöstərdiyi səylərin sırasına kiçik bizneslərə kredit vermək üçün rəqəmsal maliyyə alətlərinin inkişaf etdirilməsi, yeni fintek layihələrin işlənməsi, təcrid vəziyyətində olan insanlar üçün onlayn psixoloji sağlamlıq həllərinin layihələndirilməsi, birbaşa və ya onlayn xidmətlərintəklifi, az resurs tələb edən süni nəfəs aparatlarının istehsalıvə sair daxildir. COVID-19 virusunun həcmi ilə mübarizə aparmağa kömək etmək üçün, startaplar da dünya ölkələri ilə birlikdə durmadan innovativ həllər axtarışındadırlar.

Startaplara hansı dəstəklər göstərilir? Dünya və Azərbaycan

Bazar qüvvələri hazırda tam olaraq əvvəlki qaydalarla mütənasib işləmir. İqtisadçıların haqqında danışdıqları "resurların istiqamətləndirilməsindəki yeni bölgü" dinamikası bu anda durğunluğa məruz qalıb. Bütün dünya üzrə son illər startaplara və startapekosisteminin inkişafına dövlətlər tərəfindən külli miqdarda resurs ayrılır. Bu isə o deməkdir ki, mövcud vəziyyətdə dövlətlərstartaplara, mikrosahibkarlara dəstəyin göstərilməsinin vacibliyinin fərqindədirlər. Fransa hökuməti, koronavirusun yayılmasından sonra zərər çəkən startaplar üçün 4 milyard avro dəstək planını işə salacağını bəyan edib. Bu plana startaplar üçün 160 milyon avro dəyərində qısamüddətli yenidən maliyyələşdirmə sxemi, 1.5 milyard avro dəyərində olan bəzi vergi geri qaytarmalarının vaxtından əvvəl ödənilməsi və bu sektorda əvvəlcədən planlaşdırılan150 milyon avro investisiyanın tez bir zamanda ödənişi daxildir. Almaniya gənc innovativ bizneslərini ayaqda saxlamağa kömək üçün 2 milyard avro maddi yardım vəd edib. Bundan əlavə hökumət, daha böyük startaplar üçün daha uzunmüddətli 10 milyard avro dəyərində fondun ayrılmasını nəzərdən keçirir.Avropanın innovasiya üzrəliderekosisteminə malik Birləşmiş Krallıq, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan infrastrukturun 2020-2021-ci vergi təqvimi üzrə əmlak vergisindən azad etdi,kiçik bizneslərə 10 min funt sterlinq dəyərində qrantlar,İngiltərədə ticarət və xidmət sahələrində fəaliyyət göstərən bizneslərə 25 min funt sterlinq dəyərində nağd yardım, “Koronavirus biznes maneəsi kredit mexanizmi” (Kiçik bizneslər üçün faiz və komissiyaların ilk 12 ayının hökumət tərəfindən ödənilməklə 6 ilə qədər ödəmə şərtləri ilə 5 milyon funt sterlinqə qədər kredit alma imkanları) təqdim etdi.Bunlardan əlavə Birləşmiş Krallıqda özəl sektorun və alternativ maliyyələşmə mənbələrinin yaratdığı imkanlar xüsusi maraq yaradır. İngiltərədə “EnterpriseNation” və ”Crowdfunder”-in birgə “Pay İt Forward” layihəsini təqdim olundu. Ənənəvi kraudfandinq mexanizminə əsaslanan bu layihəyə qoşularaq, müəssisələr pulsuz olaraq kraudfandinqkampaniyasıyarada bilər və asanlıqla müştərilərə gələcəkdə geri ala biləcəkləri xidmətlər və ya məhsullara “öncədən ödəmə” çekləri təklif etmək üçün bir sxem qura bilərlər.ABŞ-da Konqres, Kiçik Biznes İdarəsi vasitəsi ilə milyardlarla dollarlıq yeni kredit zəmanəti, genişlənmiş fövqəladə və fəlakət kreditləri və qrantlar irəli sürüb. Buna baxmayaraq fərdi vençur kapitallarla dəstəklənən bizneslərin bu dəstəklərə müraciət üçün uyğun olub-olmadığı bir növ sual altındadır. ABŞ startaplar üçün səkkiz həftəyə qədər xərcləri ödəmək üçün kiçik biznes kreditləri üçün 350 milyard dollar vəsait ayırıb. Kriteriyalara uyğun gələn şirkətlər Kiçik Biznes İdarəsinə 10 milyon dollara qədər kredit almaq üçün müraciət edə bilərlər. Biznes cari xərclərini stabil saxladıqda isə, kreditə aldığı vəsaitin əmək haqqlarınınverilməsində, kirayə  və kommunal xərclərin ödənilməsində istifadə olunan hissəsi qrant kimi də hesab edilə biləcək. Ayrıca 27 milyard dollar, kiçik biznes və qeyri-kommersiya üçün yardım və yardımlara yönəldiləcək. Bu vəsaitlərə yeni fövqəladə yardım proqramı üçün 10 milyard dollar və federal Kiçik Biznes İdarəsi ilə yeni və mövcud kreditlər üzrə bütün ödənişləri ödəmək üçün 17 milyard dollar daxildir.Əlavə olaraq ABŞ Senatında tətbiq olunan Yeni İş Qoruması Qanunu, vençur kapitalının ölkə daxilində paylanmasınastimulverəcəkdir. Bunun faydasını xüsusən ABŞ-da böyük texnoloji mərkəzlərdən kənarda qalan bölgələr görəcək. Çünki, Pitchbook -a əsasən, məhz kənar bölgələr COVID-19 böhranının təsirindən vençur kapitalın azalmasından daha çox əziyyət çəkir.

Dünyanın əksər hissəsinə yayılan COVID-19 pandemiyası  Azərbaycandan da yan keçməyib.Xüsusi karantin rejiminin iqtisadiyyata təsiri də qaçılmaz bir faktordur və eynilə Azərbaycanda da startaplar, fiziki şəxs kimi fəaliyyət göstərən fərdi və ya hüquqi şəxs kimi fəaliyyət göstərən mikro sahibkarlar da pandemiyadan zərərçəkən siyahısındadır. Azərbaycanda pandemiya böhranı və bundan irəli gələn vəziyyətlə əlaqədar geniş bir dövlət dəstəyi paketi qəbul olundu və artıq tətbiq olunur. Orta müddətli bu paket həm iri miqyaslı, həm də spesifik ünvanlı olmağı ilə seçilir. Dəstək paketində xüsusi olaraq zərərçəkmiş heç bir kəsin dövlətin diqqətindən kənarda qalmamasına xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Pandemiya dövrü üçün Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və dəyərinin 3 milyard manatdan çox olacağı gözlənilən dövlət dəstəyi paketi özündə bir çox sahələri əhatə edir ki,startap və mikro sahibkarlar da bu spesifik sıradadırlar.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı təqdim olunub. İş yerlərinin azaldılmaması məqsədilə 20 fəaliyyət sahəsi üzrə 304 min muzdlu işçinin əmək haqqı da dövlət tərəfindən ödəniləcək. Bundan əlavə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri tətbiq olunacaq.Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi və onların mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramları da dövlət dəstəyi paketində öz əksini tapıb. Xidmət sahəsi və fəaliyyət növü pandemiyadan zərərçəkmiş sahələr siyahısına uyğun gələn hər bir startap dövlət dəstəyinə müraciət edə bilər.Hazırda Azərbaycanda demək olar ki, bütün qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər və hər bir dövlət qurumu üzərinə düşən məsuliyyətdən əlavə olaraq pandemiya ilə əlaqədar yaranan vəziyyətdə ölkə və cəmiyyət üçün özlərinə məxsus töhvələrini verir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Evdə qal, evdə yarat” şüarı altında yaradıcı və mədəniyyət sənayeləri üçün bir neçə müsabiqə həyata keçirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə"evdeqal.az" saytı yaradılıb.Saytda istifadəçilərə koronavirus şəraitində mövcud çağırış və imkanlar, təhsil, səhiyyə, əyləncə, qida və çatdırılma kateqoriyaları üzrə şirkətlər tərəfindən xidmətlər təqdim olunur.Həmçinin saytda rəqəmsal biznes qurma yolları, hər kəsin evdə oturaraq bu biznesləri idarə edə bilməsi üsulları barədə məlumatlar verilir.Bundan əlavə Azərbaycan Respublikasının Gənclər fondu “Evdə qal, ideyanı reallaşdır!” adı altında müsabiqə elan edib. Belə ki, Xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və faydalı etmək məqsədilə Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə start verib.

Ekosistemə göstərilən dövlət dəstəyindən xaric qeyd etmək lazımdır ki, pandemiya dövrü qlobal hakaton tendensiyasına Azərbaycan da qoşulmuşdur. Belə ki SUP.VC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə “Hack Covid-19” (#TekkieHeroes) – Azərbaycanın ilk qlobal virtual hakatonu keçirilib. Hakatonda dünyanın 40-dan çox ölkəsindən 600-dən çox iştirakçı insanlara COVID-19 pandemiyasının öhdəsindən gəlmək üçün ideya və həll yollarını tapmaq üçün 48 saat ərzində onlayn olaraq birlikdə çalışıblar. Hakatonda Azərbaycandan olan “Javid-19” komandası vauçer yolu ilə kiçik və orta bizneslərə dəstək ideyası ilə ikinci yer tutub. Digər qaliblər sırasından Polşadan olan “Crisis Heroes” (“Böhran Qəhrəmanları”) komandası 1-ci yeri tutub. Onlar pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma hazırlayıblar. Braziliyadan olan “Zebrafish” komandası isə zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq ilə 3-cü yerin qalibi olublar.Təbii ki, ekosistemin əsas iştirakçıları startaplardır. Amma inkubasiya və aksellerasiya mərkəzləri ekosistemin ayrılmaz hissəsidir. Çünki məhz bu mərkəzlər spesifik olaraq startaplara ünvanlanmış xidmətlər üzrə fəaliyyət göstərirlər və startap ekosisteminin həm aparıcı həm də istiqamətləndirici qüvvəsi olaraq ekosistemdə yer alırlar. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün mərkəzlər onlayn-distant formada öz fəaliyyətlərini davam etdirirlər. Həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin idarə etdiyi “Enterprise Azerbaijan”, pandemiya dövründə öz fəaliyyətini rəqəmsal olaraq davam etdirir. Hazırda, Enterprise Azerbaijan “Big İdea Challenge” müsabiqəsini elan edib. “Big İdea Challenge”adlı startap və ideya müsabiqəsi, EnterpriseAzerbaijan portalı və Newcastle Universitetinin birgə əməkdaşlıq çərçivəsində Britaniya Şurasının (British Council) dəstəyilə həyata keçirdiyi “Creative Spark” layihəsinin bir hissəsidir. Onu da nəzərə çatdırmaq istərdim ki, pandemiya ilə əlaqədar olaraq layihələrin son müraciət tarixi 30 Aprel 2020-ci il tarixinədək uzadılıb. Müsabiqəyə qatılmağa tələsin!

Startaplara tövsiyə

Hazırda bütün dünyada insanlarvaxtlarının əhəmiyyətli hissəsini onlayn keçirirlər.Bu dövrdə evdə qalmaqdan qaynaqlanan sıxıntını yüngülləşdirəcək xidmətlərin və ya məhsulların satılmasında xeyli imkanlar var. Məsələn, onlayn təhsil və kurslar, onlaynkonsaltinq, evdən işləməyi asanlaşdıran hər hansı bir məhsul, platforma və ya xidmət təklif edən startaplar hazır bir bazara sahib olmuş olacaq, təbii ki, əgər müştəriləriniz sizi onlayn tapa bilsələr.Yeni və fərqli bazarlar axtarın -indi, təklif etdiyiniz məhsulların və ya həll yollarının mövcud situasiyaya adaptasiyasında kreativ olmanın əsl vaxtıdır. Pandemiyadan az zərər çəkmiş digər bazarları araşdırın və biznesinizin həmin bazarlara uyğunlaşdırılması imkanlarını təhlil edin. Bu məsələləriişçilərinizlə, tərəfdaşlarınızla və investorlarlaonlayn beyin fırtınaları keçirərək müzakirə edin. Bundan əlavə, pandemiya ilə əlaqədar qlobal keçirilən hakatonlarda mütləq iştirak edin. Bu sizə pul mükafatı, puldan daha vacib isə yeni imkanlar qazandıra bilər. Unutmayın, sərhədlər bağlansa da, qloballaşma onlayn olaraq davam edir.İmkan daxilində evdən fəaliyyətinizi davam etdirin. Şirkət daxili və şirkət xarici görüşmələri, o cümlədən müştərilərlə satış promosiyaların ıvideokonfrans platformalarından istifadə edərək aparın. Planlaşdırma və kommunikasiya üçün də mövcud olan çoxlu sayda proqramlardan biznesinizin evdən idarə olunması istiqamətində faydalanmağa çalışın. Startaplara aylıq idarəetmə sistemindən gündəlik idarəetmə sisteminə keçmək məsləhət görülür. Bu düzgün atılmalı addımları təyin etməkdə sizə kömək edəcək.

Pandemiya sonrası dövrə baxış

 Artıq “Qara Qu quşu” adı ilə məşhurlaşmağa başlayan iqtisadi böhranlar və pandemiyalar hökumətlərin, iqtisadiyyatın və bizneslərin trayektoriyasını dəyişir və tarixi yeni dönəmə aparır. COVID-19 virusunun gəlişi ilə, artıq istehlakçıların və müəssisələrin davranışlarında dəyişikliklərin ilk əlamətlərini gördük. Bütün dünyada distant və evdən işləmə həm texnologiya,həm də qeyri-texnologiya şirkətləri tərəfindən tətbiq olunur. Qlobal miqyasda təchizatvə dəyər zəncirləri pozulub. Bu dəyişikliklərdən bəziləri böhrana birbaşa, qısamüddətli reaksiyalardır və COVID -19 böhranı bitdikdəəvvəlkinormal səviyyələrə qayıdacaqdır. Buna baxmayaraq, paralel olaraq bu dəyişikliklərin bəziləri davam edəcək və gələcək onilliklər ərzində bizneslərin necə formalaşacağını diktə edəcək. COVID -19 qlobal iqtisadiyyat üçün, eləcə də təsir etdiyi minlərlə fərd və ailələrə böyük bir zərbədir. COVID -19  gələcək on il ərzində müəssisələrin rəqabət tərzini geri dönüşsüz şəkildə dəyişdirdi. Əmin ola bilərik ki, yaxın gələcəkdə yeni dövrün tələblərinə uyğun və köhnə problemləri üstələmiş çoxlu sayda şirkətlər ortaya çıxacaq.

Azərbaycanda startap və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər və pandemiya sonrası dövrə baxdıqda, yeniliklərin olacağını proqnozlaşdırmaq mümkündür. Həmçinin, Prezident Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək ölkənin müasir çağırışlara cavab verəcək innovasiya strategiyası hazırlanır. Bundan əlavə Vergi Məcəlləsinə dəyişikliyə əsasən Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startaplar “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti 3 il müddətinə vergidən azad olunur. Həmçinin artıq bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı çərçivəsində ənənəvi olmayan və innovativ layihələrə aktivlərin ayrılması istiqamətində dəstəyin göstərilməsinə başlayıb. Adı çəkilən proqramda “Enterprise Azerbaijan”, Dövlət Məşğulluq Xidməti ilə sıx əməkdaşlıq edir. Biznesə başlama və biznes mühiti istiqamətində çoxlu sayda görülən əhəmiyyətli islahatlar və prosedurların rəqəmsallaşması Azərbaycanı dünya reytinqində qabaqcıl ölkələrlə bir sıralara gətirib. Bu sektorda aparılan islahatların dayanıqlı və davamlı olması Azərbaycanın biznes mühitini daha da inkişaf etdirəcək və qlobal arenada yüksək rəqabətli ekosistemlərin çağırışlarına çevik cavab verməsinə töhfə verəcək. Digər tərəfdən ölkəmizdə kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Uğurlu tətbiqin baş tutacağı halda, amnistiya, startap və innovasiya ekosisteminə əhəmiyyətli səviyyədə müsbət təsir göstərəcək. Amnistiya nəticəsində deklarasiya olunan vəsaitlər startaplar, innovativ layihələr, investisiya fondları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönləndirilə bilər. Bu təqdirdə, pandemiya sonrası dövr Azərbaycanda startap ekosisteminin iştirakçıları üçün yeni imkanların açılacağını, innovasiya-investisiya fondlarının, sərmayə cəlbi üçün yerli alternativ maliyyə mənbələrinin, startap kreditlərinin, o cümlədən yeni fintek alətlərinin yaranacağını vəd edir.

Tezliklə dövlətlər diqqətlərini həyat dəstəyindən yenidən ekosistem dəstəyinə çevirə biləcəklər. Həyatda demək olar ki, hər şey olduğu kimi, pandemiya və onunla bağlı böhran da keçəcəkdir. Bundan sonrakı zamanda ölkələrin və bazarın nə kimi görünəcəyini söyləmək çətindir, ancaq şirkətləriaktiv və çevik olanlar, ayaqda qalmağı bacaranlar üçün böyük imkanların olacağı şübhəsizdir. Yeni tələbləri, tendensiyaları, proqnozları izləmək və analiz etmək çox vacibdir, çünki heç kimpandemiyanın nə vaxt bitəcəyini və potensial imkanların nə vaxt ortaya çıxacağını dəqiqdeyə bilməz. Böhranlar əbədi olmur. Onlar, törətdiyi bütün fəsadlarla yanaşı həm də sahibkarın zehni və iqtisadi dözümünü sınayır. Böhran müvəqqəti, orta və ya uzunmüddətli olsa da, bu bir sınaqdır. Və hər bir startap bu sınaqdan qalib çıxmağı qarşısına məqsəd qoymalıdır.

#BizBirlikdəGüclüyük

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Hamısı