Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalara tələbat sürətlə artır | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalara tələbat sürətlə artır

İqtisadiyyat A- A A+
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yaratdığı məlum problemlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətii ilə daşımaların həcminin artmasına səbəb olub.
 
EDNews.net  xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib. O bildirib ki, xarici ticarətdə BTQ-nin imkanlarına ciddi tələbat yaranıb. Bu xətt daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün cəlbedici polad magistraldır.
 
Nazir deyib: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumunu artırmaq üçün işləri sürətlə tamamladıq. Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki Kəndirbaz Stansiyasında BTQ-yə gündəlik əlavə 3500 ton tutum artımı təmin edəcək konteyner köçürmə sistemini quraraq işə saldıq”.
 
Yeni quraşdırılan terminalın yükdaşımada intensivliyin artmasını təmin etdiyini diqqətə çatdıran nazir deyib ki, bunun sayəsində Qazaxıstan və Azərbaycandan 15 vaqona yüklənmiş 27 konteynerdə 1200 ton mədən, əkinçilik məhsulları və xam maddələr Mersin, Dərincə və Dənizli istiqamətində yola salınıb. Bu xətlə Avropaya tranzit məhsulların da vaxtında daşınması təmin edilir. (AZƏRTAC)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...