Azərbaycan qəhvə idxalını azaldıb | Eurasia Diary - ednews.net

31 May,


Azərbaycan qəhvə idxalını azaldıb

İqtisadiyyat A- A A+

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 510,55 min ABŞ dolları dəyərində 57,53 ton qəhvə (qovurulmuş və ya qovurulmamış, kofeinlə və ya kofeinsiz; qəhvə dənəsinin qabığı; tərkibində hər hansı bir nisbətdə qəhvə olan qəhvə əvəzediciləri) idxal olunub.

EDNews.net  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qəhvə idxalında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,8%, miqdar baxımından isə 5,8% azalma müşahidə olunub.

Bildirək ki, dəyər ifadəsində 270,1 min dolları (22,47 ton) və ya 53%-i İtaliyadan idxal olunub. Digər idxalçılar arasında Türkiyə, Niderland və Braziliya kimi ölkələr xüsusi yer tutub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkəyə 514,7 min dollar dəyərində 61,07 ton eyniadlı məhsul idxal edilib.(apaeconomics)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...