Pandemiyanın dövlətlərin xarici borcuna təsiri

İqtisadiyyat 18:03 21.05.2020

Giriş

Koronavirus (Covid-19) pandemiyası dünyanın ən ciddi problemlərindən birinə çevrilib. Hazırda koronavirus dünya əhalisinin təkcə sağlamlığına deyil, həm də rifahına ciddi təsir edir və qlobal miqyasda iqtisadi geriləməyə səbəb olur. Belə ki, pandemiya ilə mübarizə tədbirləri (sərhədlərin bağlanması, istehsalın yavaşlaması, insanların karantində saxlanılması və s.) gələcək həyatımıza və rifah halımıza əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Pandemiya inkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün ixracın, pul köçürmələrinin azaldılması və kredit şərtlərinin sərtləşməsinə səbəb olur. Pandemiyaya ilə mübarizə çərçivəsində iqtisadi fəaliyyətə qoyulan zəruri məhdudiyyətlər inkişaf etmiş ölkələrə (İEÖ) nisbətən bu iqtisadiyyatlara daha çox tətbiq olunur.

Məhz koronavirus  pandemiyasının mənfi təsirini öz üzərində hiss edən Çin iqtisadiyyatı uzun müddətdən sonra ilk dəfə 2020-ci ilin yanvar və fevral aylarında zəifləməyə başladı, sənaye məhsulu istehsalı 13,5 faiz azaldı. Digər ölkələrdə də karantin rejiminin tətbiq olunması səbəbindən iqtisadi fəallıq aşağı düşdü. Dünya maliyyə bazarlarının hazırki vəziyyəti ciddi iqtisadi nəticələrə işarədir.  Səyahət, əyləncə, istirahət sahələri və bəzi istehsal firmalarında gəlirlərin əhəmiyyətli dərəcədə azalması baş verib. Digər sektorların da xroniki olaraq bu tendensiyasını izləyəcəyi proqnozlaşdırılır.

Koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün hökumətlər həm ev təsərrüfatları, həm də firmalar üçün əsaslı dəstək proqramları tətbiq edirlər. Almaniya, Fransa, İsveç və Danimarka da daxil olmaqla bir çox ölkə işsizlik müavinətlərini və qısa müddətli iş gəlirlərinin təminatını genişləndirir. İtaliya kütləvi biznesə dəstək proqramlarını, ABŞ ev təsərrüfatlarına birbaşa köçürmələrin edilməsini həyata keçirir. Fransa höküməti ölçüsündən asılı olmayaraq heç bir şirkətin iflas riski ilə qarşılaşmayacağını açıqlayıb. Digər ölkələr də eyni şəkildə hərəkət edirlər. Almaniya ictimai inkişaf banklarına limitsiz kredit dəstəyi, Fransa və İspaniya yerli şirkətləri üçün müvafiq olaraq 300 milyard və 100 milyard avro qədərində kredit zəmanəti təklif edirlər.

Əmtəəyə tələbatın azalması

Planetimizdə, demək olar ki, pandemiyanın mənfi təsirini hiss etməyən ölkə yoxdur. Beynəlxalq Valyuta Fondu (BVF) bu il 170 ölkədə iqtisadi fəallığın azalacağını gözləyir. Bu da həmin ölkələrdə orta yaşayış səviyyəsinin aşağı düşməsi deməkdir. Pandemiya inkişaf etməkdə olan ölkələrə bir neçə fərqli yollarla öz təsirini göstərir. Bunlardan biri əmtəələrin qiymətlərinin kəskin şəkildə aşağı düşməsidir. Başqa sözlə, bu ölkələrin çoxu sənaye mallarının ixracatçısıdır. Özünütəcrid tələbləri nəticəsində də, dünyadakı bir çox istehsal və sənaye müəssisələrinin bağlanması, o mallara tələbatın az olması ilə nəticələnir ki, buna görə bəzi hallarda əmtəə qiymətləri sürətlə aşağı düşür. Pandemiyanın əmtəə bazarlarına tam təsiri onun ağırlıq dərəcəsindən, davam edəcəyi müddətdən, dünya birliyinin strateji cavab üsulundan asılı olacaq. Böhran vəziyyətinin yaratdığı təsirlər xüsusilə nəqliyyat ilə əlaqəli əmtəə malları üçün olduqca kritik olub. Neftin qiyməti buna ən bariz nümunədir. Həmçinin 2019-cu ilə nisbətən 2020-ci ildə təbii qaz və kömür də daxil olmaqla enerji qiymətlərinin orta hesabla 40 faiz aşağı olacağı gözlənilir. Digər əmtəə mallarında da, qiymətlərdə kəskin azalması yaşanıb. Məsələn, mis indi yanvar ayının ortalarına nisbətən təxminən 18 faiz ucuzdur və ya sinkin qiyməti 20 faizdən çox aşağı düşüb. Bu qiymətlərin düşməsi həmin məhsulları ixrac edən ölkələrdəki müəssisələrə və dövlət gəlirlərinə ziyan vurur.

Lakin pandemiya dövründə kənd təsərrüfatı mallarına daha az ziyan dəyib. Məlum məsələdir ki, insanlar istənilən fövqəladə vəziyyətə baxmayaraq gündəlik qida tələbatını ödəmək məcburiyyətindədirlər.

COVID-19 pandemiyasının əmtəə bazarlarına təsiri uzunmüddətli dəyişikliklərə səbəb ola bilər. Ölkə sərhədlərində əlavə təhlükəsizlilk tələbləri səbəbindən nəqliyyat xərcləri yüksələ bilər. Ticarət xərclərinin daha da artması, xüsusilə kənd təsərrüfatına, qida və tekstil məhsullarına təsir edəcəkdir. Aşağı gəlirli ölkələr bu vəziyyətdə xüsusilə həssas olur. Məsələn, əksər Afrika ölkələrində əhalinin beşdə biri artıq qida çatışmazlığından əziyyət çəkir. Bəzi qeyri-ərzaq mal növlərinə təlabatda da azalma müşahidə olunur. Dünya Bankının məlumatına əsasən Keniyanın gül ixracı səyahət məhdudiyyətlərindən sonra 80 faiz azalıb.

İnvestisiya bazarları

İnkişaf Etməkdə olan ölkələr üçün ABŞ-ın xəzinə istiqrazlarına qarşı təklif qiymətləri arasındakı fərqin artımı (spread) riskdən imtina və suveren defolt qorxusunun göstəricisidir. Bu ölkələrin ilkin bazar rəqəmlərinin, suveren borclarının, valyuta və kapitalların icrasında ciddi geriləmənin baş verdiyini göstərir. Makroiqtisadi və maliyyə göstəricilərindəki bütün bu dəyişikliklər 2008-ci ildən bəri digər qlobal sarsıntılarla müqayisədə İEOÖ-dən daha yüksək kapital axını ilə əlaqəlidir. COVID-19 pandemiyası ilə artan risk həssaslığı və qlobal qeyri-müəyyənlik investorları kapitallarını inkişaf etməkdə olan bazar aktivlərindən təhlükəsiz sığınacaqlara (məsələn, ABŞ Xəzinədarlıq istiqrazlarını almaqla) köçürməyə məcbur edir. Maliyyə bazarlarında bu vəziyyətdən İndoneziya və Filippin istisna olmaqla, Şərqi və Cənubi Asiyanın digər ölkələri daha az təsirlənmiş kimi görünürlər. Bu həm maliyyə bazarlarının natamam inteqrasiyasını, həm də nisbətən güclü makroiqtisadi əsasların mövcudluğunu əks etdirə bilər. Şərqi Avropada da Macarıstan, Polşa və Rumıniya zərərlə əhəmiyyətli dərəcədə qarşılaşmayıb. Burada isə Avropa Birliyinə (AB) üzvlüyü bir növ sığorta amili kimi qəbul etmək olar.

Xarici borc

Pandemiya yalnız İEOÖ-də deyil, eyni zamanda, inkişaf etmiş ölkələrin (İEÖ) iqtisadiyyatına da əhəmiyyətli dərəcədə zərər verib. Məsələn, Almaniya iqtisadiyyatı gəlirinin 2009-cu ildən bəri, ilk dəfə bu il 3 faizdən 10 faizə enməsi gözlənilir. Hökumətin özü, iqtisadiyyatın son onilliklərdəki ən pis göstəricisi olan 6 faizdən çox daralacağını proqnozlaşdırmışdı. Həmçinin, iqtisadçılar Yaponiyanın ixraca əsaslanan iqtisadiyyatının bu il 3 faiz azalacağını proqnozlaşdırırlar. Pandemiya Britaniya iqtisadiyyatını da iflic edir, iqtisadçılar 2020-ci ildə ÜDM-in 5-10 faiz azala biləcəyini ehtimal edirlər. Amerikada isə 2020-ci ilin ilk üç ayında istehsal 5 faiz azalıb ki, bu da 2008-ci ildən bəri ən kəskin azalma olub. Əksər analitiklər zərərin ikinci rübdə daha çox olacağını gözləyirlər, bəziləri isə işsizliyin 40%-ə qədər artacağını proqnozlaşdırır. Bu rəqəm isə Böyük Depressiya dövründə müşahidə edilən ən yuxarı - 25 faiz səviyyəsindən xeyli yüksəkdir.

Milli valyutanın dəyərinin azalması borcların faizlərini və ya digər valyutalardakı faizləri daha da artırır. BVF və dünyanın aparıcı iqtisadiyyatı olan ölkələr borc faizləri və ödəmələrin növbəti bir neçə ay ərzində yükünü azaltmaq üçün bəzi addımlar atıb. BVF yaxın altı ay ərzində, üzv ölkələrin maliyyələşdirdiyi etibar fondu, o cümlədən bu yaxınlarda İngiltərədən 185 milyon dollar (150 milyon funt sterlinq) qrant vasitəsi ilə, Afrikadakı 25 ölkənin ödənişlərinin qarşılanmasına razılıq verdi. Bu yolla ölkələrin borc ödənişləri ləğv edildi. G20-nin aparıcı iqtisadi ölkələri isə yoxsul ölkələrin daha böyük bir qrupu üçün borc ödənişlərini may ayından ilin sonuna qədər ləğv etmək barədə razılığa gəldilər. Bu qərar 77 ölkədən G20 hökumətlərinə olan borc ödəmələrini əhatə edir. Bu o deməkdir ki, dövlət öz vəsaitini ən azından yaxın bir neçə ay ərzində borclarını ödəməyə sərf etmək əvəzinə, virusla mübarizəyə səfərbər edə bilər.

Mart ayının sonuna qədər BVF və Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) üzvü olan 76 ölkənin borcunun ləğv edilməsinə dair razılığa gəliblər. BİA, Dünya Bankının ən kasıb ölkələrə kömək etdiyi Beynəlxalq İnkişaf Birliyidir.  BVF həmçinin, hazırda Fəlakətdən Mühafizə və Xilasetmə Fondu (CCRT) mexanizmi ilə dəstəklədiyi 25 qrup daxili ölkədən başqa, digər bəzi dövlətlərə da yardım vəd edib. Mart ayının ortalarından bəri fond 16 ölkəyə ümumilikdə 3,8 milyard dollarlıq təcili kredit verib. Belə ki, Qana 1 milyard dollar, Seneqala isə 442 milyon dollar verilməsi vəd edilmişdi.  Avrozona maliyyə nazirləri, üzv ölkələrə, müəssisələrə və işçilərə təcili kredit və digər yardım göstərmək üçün 500 milyard avro dəyərində paket razılaşdırıblar. Dünya Bankı pandemiyanın təsirlərinə qarşı çıxmaq üçün 150 milyard dollardan çox borc verib.  Hindistan 1 milyard dollar dəyərində ən çox borc alan ölkə olaraq qiymətləndirilir.

Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (Unctad) təhlili, davamlı borcun qlobal iqtisadiyyat və maliyyə sistemi üçün böyük bir problem ola biləcəyini göstərir. 2018-ci ildə inkişaf etməkdə olan ölkələrdəki ümumi (xüsusi, dövlət, daxili və xarici) borc səviyyəsi bütünlüklə ÜDM-dən demək olar ki, iki dəfə çox olub. Bu indiyə qədər mövcud olan ən yüksək göstəricidir. Unctad'a görə, bu yığımın artmasında maliyyə təşkilatları əhəmiyyətli rol oynayıb. İnkişaf etməkdə olan ölkələrdə (Çin istisna olmaqla) özəl qeyri-maliyyə korporativ borclarının üçdə biri xarici valyuta ilə əks olunur və xarici kreditorlara ödənilir. Son dövrdə yüksək səviyyədə kapital axını bir çox İEOÖ-də xarici valyuta ehtiyatlarının azalmasına səbəb olub. Bu ehtiyatların getdikcə həssaslaşan istiqraz bazarlarının fonunda sonrakı kapital axınları nəticəsində öz sabitliyini qoruya bilməməsi ehtimalı yüksəkdir.

Daha yaxşı iqtisadi şəraitdə problem yarada biləcək bu qlobal iqtisadi geriləmə amilləri, nisbətən yumşaq iqtisadi şok vəziyyətində fəlakətə səbəb ola bilər. Belə hesab olunur ki, hazırki, qlobal iqtisadiyyat belə bir iqtisadi şokun ortalarındadır. Bu isə o deməkdir ki, ölkələr və ya beynəlxalq təşkilatlar arasında razılaşdırılmış maliyyə xərcləri ilə yanaşı, tezliklə ortaya çıxacaq borc böhranı təcili şəkildə həll edilməlidir. Borcun həlli və yenidən qurulması barədə tədbirlərin icrası zəruri hal alır.

Nəticə

Covid-19 böhranı aradan qaldırıldıqdan və vəziyyəti sabitləşdirmək üçün addımlar atıldıqdan sonra, tədarük zəncirləri bərpa ediləcək və insanlar ən az itirilmiş gəlirlərinin bir hissəsini qeri qaytarmaq ümidi ilə işə qayıdacaqlar. Ancaq, həll olunmamış maliyyə və borc böhranları səbəbindən real iqtisadi bərpa olduqca uzun çəkə bilər. Covid-19-un yaratdığı maliyyə qeyri-sabitliyi "qara qu quşu" kimidir. 2008-ci ildəki maliyyə böhranından sonra həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin xarici borcunun kütləvi şəkildə yığılmasını nəzərə alsaq, hətta kiçik bir yeni riskin uzun müddət davam edən dağıdıcı nəticələri ola bilər.

Hazırda ölkələrin maliyyə vəziyyəti beynəlxalq maliyyə qurumlarını nizamsız defoltlarla mübarizə və dağıdıcı borc böhranının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırır. Bu da, borcdan qurtulmanın pandemiyaya qlobal cavab verilməsində mərkəzi rol oynamalı olduğunu vurğulayır.

Xüsusilə İEOÖ strateji fiskal və maliyyə tədbirlərində son dərəcə diqqətli olmalıdırlar. Valyutalarına məhdud güvən səbəbindən onların manevr etmək üçün makroiqtisadi qabiliyyəti inkişaf etmiş ölkələrə nisbətən daha azdır. Belə bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici borc səviyyəsi digər inkişaf etməkdə olan ölkələr ilə müqayisədə aşağı səviyyədədədir.

İİTKM-in analitiki Nərmin Kazımlı

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Hamısı