Gürcüstan və Azərbaycanda çay istehsalçıları üçün imkanlar artmaqda davam edir

İqtisadiyyat 10:04 22.05.2020

Çayın becərildiyi ölkələr barədə düşünəndə Gürcüstan və Azərbaycan dərhal ağıla gəlməyə bilər.

Lakin, bu ölkələrin çay istehsalına dair on doqquzuncu əsrə dayanan dərin bir tarixçəsi mövcuddur. Bu ölkələr 1980-ci illərədək Sovet İttifaqında çay istehsalının böyük bir hissəsini təmin edirdilər.

Hazırda gürcü və azərbaycanlı istehlakçılar daha ucuz və keyfiyyətli idxal məhsullarına üstünlük verdikləri üçün hər iki ölkənin istehsal gücü 1980-ci illərdə olan istehsalın 2 faizini belə təşkil etmir.

Son illərdə hər iki ölkə çay sektorunu canlandırmaq,  çayın becərilməsi üçün əlverişli şərait yaratmaq və təbii çay ehtiyatını artırmaq üçün addımlar atmaqda davam edir.

Özəl və dövlət sektorunun düzgün dəstəyi ilə Gürcüstan və Azərbaycanda çay sənayesində canlanma müşahidə edilə bilər.

Bu ölkələrin çay istehsalçıları daima dinamik olan beynəlxalq çay bazarlarına çıxış əldə edərək xüsusi, yaşıl və orqanik çay növlərini istehlakçılara təqdim etməklə öz yerlərini tuta bilərlər.

Bu kimi məsələlər bu gün baş tutmuş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İnvestisiya Mərkəzinin Beynəlxalq Çay Gününə həsr olunmuş onlayn tədbirində qeyd olunub.

Çay – sahədən fincana qədər...

“Çay kolları bir əsr və daha çox müddət boyunca yaşayır və xüsusi qayğı ilə təkrar istehsala qaytarıla bilər, məhz hal-hazırda Gürcüstan və Azərbaycanda tətbiq olunduğu kimi” deyə Con Snell bildirdi.

“Hər iki ölkədə yeni çay plantasiyaları qurularaq əsrarəngiz  çay yarpaqları istehsal edilməyə başlandı və bütün bunlar bizi 1900-cu ildə baş tutan Paris Ekspo sərgisinə Lao Jin Jao adlı gürcü çayının qızıl medal qazandığı bir zamana geri apardı“- deyə o əlavə etdi.

Con Snell - çay üzrə mütəxəssis, tədbir boyu onlayn dequstasiyaya rəhbərlik edərək bir çay fincanında nələrə diqqət etdiyini izah etdi.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edərək, potensial investorları mövcud imkanlar və risklər barədə məlumatlandırmaq üçün Gürcüstan və Azərbaycanda mövcud olan çay sektoru barədə tədqiqat aparıb.

Tədqiqat istehlak, istehsal və ticarət istiqamətləri də daxil olmaqla bu sektora dair hərtərəfli məlumat verir. Bundan əlavə təqdiqatda iqlim dəyişikliyini nəzərə alınaraq bu sahənin qaydaları və ekoloji dayanıqlılığı araşdırılır, həmçinin, çay yetişdirmə və istehsal prosesində potensial gəlir və imkanları da müəyyənləşdirilir.

Tezliklə yekunlaşacaq tədqiqatda, hər iki ölkə üzrə çay sənayesini inkişaf etdirmək, o cümlədən təsərrüfat sahələrində və fabriklərdə fəaliyyətlərin təkmilləşdirilərək çayın keyfiyyətini yüksəltmək üçün bir sıra tövsiyyələr yer alıb.

İnkişaf perspektivləri

Snellə görə, hər iki ölkədə çay toxumlarının ehtiyatı yetərincədir və bununla ölkələr kifayət qədər keyfiyyətli çay istehsal edə bilər. Altı aylıq yetişmə müddəti boyunca, çay yarpaqları dolğunlaşmağa doğru gedir və Hindistanda Darjeeling əyalətinə xas olan məşhur  birinci və ikinci çay yarpaqlarına oxşayan məhsul ilə təmin edir.

Çay məhsullarının uzun müddət aşağı rütubətli yerdə saxlanılması, zərərvericilərin qarşısını alır və beləliklə çay becərənlərə pestisidlərdən narahat olmamağa və daha asan təbii çay istehsal etməyə şərait yaradır.

Zəngin və bənzərsiz irsi və daima inkişaf edən coğrafi təcrübəsi olan Gürcüstan xüsusilə ixrac bazarı üçün təbii və müxtəlif növ çay növləri üzərində çalışa bilər.

2008-ci ildən çay istehlakının 50 faiz artması azərbaycanlıların çay içməyi sevən bir millət olduğunu təsdiq edir. İctimaiyyətə Azərbaycan çayının xüsusiliyinə dair məlumat vermək daxili tələbatın ödənilməsinə kömək edə bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının investisiyalar üzrə direktoru Mohamed Manssouri bildirdi ki araşdırmalara əsasən dayanıqlı və inklüziv inkişaf üçün kənd təsərrüfatı sahəsinə düzgün sərmayelər qoyulmalıdır.

“Çayın keyfiyyətinin yüksəldilməsi eyni zamanda istehsal xərclərinin azaldılması Gürcü və Azərbaycan çaylarının yerli və xarici bazarlarda  rəqabətliliyinin artmasına səbəb ola bilər. Bunlar kiçik çay təsərrüfatı və müəssisələrinə daha çox gəlirli bazarlara çıxmaq imkanı yaradacaq” - o vurğuladı.

Natalya Jukova Avropa Yenidənqurma və İnkişaf Bankında Aqrobiznes bölməsinin direktoru, hər iki ölkənin - Azərbaycan və Gürcüstanın - Avropa Birliyi və keçmiş Sovet İttifaqı ölkələri kimi böyük çay bazarlarına çıxışının üstünlüyünü qeyd etdi.

"Beynəlxalq çay bazarları uzun və ya ağ çay yarpağı kimi fərqli keyfiyyətli çay məhsullarına maraq nümayiş etdirməklə inkişaf etməyə davam edir. Keyfiyyət və səmərəliliyi artırmaqla bütün təchizat zəncirini şaxələndirərək Gürcüstan və Azərbaycan çay məhsullarını dünyaya təqdim edə bilər və biz bunun inkişafı üçün dəstək göstərməyə hazırıq.”

Linklər

About tea

International Tea Day

http://www.fao.org/support-to-investment/news/detail/en/c/1276384/

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Hamısı