Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb | Eurasia Diary - ednews.net

12 İyul,


Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb

İqtisadiyyat A- A A+

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın təsərrüfatlarında 43,6 min ton kartof istehsal olunub.

EDNews.net  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,3% artıb. 

Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin ilk dörd ayı ilə müqayisədə 16,7% artaraq, 107,0 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında yaz əkininin əvvəlindən 52 071,0 hektar sahədə kartof, 48 274,7 hektar ərazidə isə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 8,3 və 7,2% üstələyir. (apaeconomics)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...