Bakıdan təyyarə biletləri satışa çıxarıldı | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Bakıdan təyyarə biletləri satışa çıxarıldı

İqtisadiyyat A- A A+

Macarıstanın "Wizzair" aviaşirkəti Bakıdan uçuşları elan edib.

EDNews.net  "Qafqazinfo"- ya istinadən xəbər verir ki,artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.

Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur. (XəzərXəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...