Mobil Rezidentlik proqramının inkişaf perspektivləri

İqtisadiyyat 12:41 03.06.2020

m-Residency nədir?

Mobil Rezidentlik dünyada yalnız iki dövlət tərəfindən təqdim edilən biznesin ən son və innovativ formasıdır. Dövlətlərin iqtisadi və ticari səviyyədə qloballaşan, lakin fiziki müstəvidə məsafələndiyi bir dövrdə iş adamları və biznes nümayəndələri fəaliyyətlərini yaşadığımız bu reallığa uyğun qurmaqda çətinlik çəkirlər. Bəzi hallarda ticari müharibələr, bəzi hallarda iqtisadi sanksiyalar, bəzən müxtəlif embarqolar, bəzən də vergi faizləri şirkətləri bir ölkədən digərinə köçməyə, yenidən investisiya yatırmağa, fəaliyyəti yenidən təşkil etməyə məcbur edir. Bu da xərclərini optimallaşdırmaq istəyən və əsas məqsədi gəlir olan bizneslərə heç də xoş olmur. Məhz bu qeyd olunan çətinliklərdən sığortalanmaq, biznesin əziyyətsiz və risksiz başladılması və aparılması üçün prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda m-Residency proqramı təqdim edildi. Dünyanın istənilən yerindən Azərbaycanda virtual kimlik almaq, bu kimlik vasitəsilə ölkədə rəsmi fəaliyyətə başlamaq və istənilən bank xidmətindən yararlanmaq imkanı verildi. Hal-hazırda tətbiqini uzaq görüb, istifadəsinin məhdud olacağını düşünsək də artıq m-Residency sürətlə böyüyür.

m-Residency proqramının uğurları

Kütləvi istifadəyə sadəcə bir neçə ay öncə təqdim edilməsinə baxmayaraq artıq Azərbaycanın bu innovativ layihəsinə maraq gözlənildiyindən də daha genişdir. Bu qısa müddət ərzində m-Residency proqramına 25-dən çox ölkədən 70-ə yaxın müraciət daxil olub  və bu sayın ilin sonunadək 100-dən çox olacağı gözlənilir (Şəkil 1). Bu ölkələrə Fransa, İspaniya, Almaniya, Yunanıstan, İsveç, İsveçrə, Latvia, Litva, Estoniya, İsrail, Rusiya, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Səudi Ərəbistanı, Pakistan, Hindistan və digərləri daxildir. Müraciət edən şəxslərin böyük əksəriyyəti artıq öz ölkələrində biznes üzrə uğur qazanıb, fəaliyyətlətini perspektivli ölkələrə genişlətmək istəyən uğurlu iş adamlarıdır. Azərbaycanla yanaşı m-Residency proqramını təqdim edən digər ölkə Estoniyada da bu tendensiyalar müşahidə edilir. Belə ki, son il ərzində Estoniya dövləti oxşar proqramdan 20 milyon ABŞ dolları həcmində vergi və xidmət haqqları üzrə qazanc əldə edib. Bu rəqəmin birbaşa qazanc  olduğunu nəzərə alsaq, ölkənin proqramdan qazandığı dolayı gəlir dəfələrlə daha böyükdür (işçilərin maaşları, ölkə daxili xidmət ödənişləri, podratçıların qazancı və s.). Qeyd edilən bu məqam layihənin Azərbaycanda da oxşar qaydada maddi uğur qazanacağını deməyə imkan verir.

m-Residency ilə şirkət qeydiyyatı

Estoniya təcrübəsi fonunda bu proqramın ölkəyə verdiyi ən müsbət təsiri xarici iş adamlarının Azərbaycanda asan şəkildə şirkət açmasıdır. Azərbaycanda ilk dəfə bu proqram çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vergilər Nazirliyi ilə birlikdə Hüquqi Şəxsin qeydiyyatı sistemini 3 dildə (Azərbaycan, Rus, İngilis),www.dth.az portalında təqdim edib. Müraciətçilərin kolorit etnik və professional tarixçəsini nəzərə alaraq yaradılan bu yeni sistem asan interfeys, sürətli xidmət, və təhlükəsiz müraciət prosesi təqdim etməkdədir. Yeni yaradılan sistem bütün qeyri-rezidentlərə, həm ölkə xaricində yaşayan Azərbaycan vətəndaşlarına, həm də əcnəbilərə mobil rezidentlik əldə etdikdən sonra tam ödənişsiz şəkildə şirkət qeydiyyatı aparmaq imkanı verir. Əlavə olaraq portalda biznes tərəfdaşları vasitəsilə təqdim olunan biznes xidmətlərdən də yararlanmaq mümkündür.

m-Residency ilə bank hesabı yaratmağın üstünlükləri

 Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub portalı) ölkəmizin mobil rezidentlərini düşünərək ötən il banklar haqqında qanuna öz töhfəsini verib. Məsafədən bank xidmətlərinin göstərilməsi üçün nəzarət orqanına aidiyyatı təklif olunub. Bunun nəticəsində Azərbaycanda nəinki yerli vətəndaş, burada olmayan həmyerlilərimiz və əcnəbi vətəndaşlar da bank xidmətlərindən istifadə edə biləcəklər. Belə ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ölkənin aparıcı korporativ bankı olan Paşa Bank ilk dəfə olaraq xarici vətəndaşlara ölkəyə gəlmədən korporativ hesab açmaq imkanı təqdim etdi. Eyni zamanda ölkənin digər bankları da korporativ xidmətlərlə yanaşı əcnəbilərə fərdi bank xidmətlərinin təqdim olunması üçün texniki həllər təqdim etdilər. Gözlənilən odur ki, mobil rezidentlik proqramının əhatə dairəsi genişləndikcə, bu proqramdan istifadə edən qeyri-rezidentlərimiz yaxın zamanda bütün banklardan istədikləri xidməti ala biləcəklər. Bank xidmətlərilə yanaşı həm də bu şəxslərə müxtəlif maliyyə xidmətləri də təklif ediləcək.

m-Residency xidmətinin ölkəyə müsbət təsiri

m-Residency ölkəyə ilk növbədə daha çox xarici valyutanın daxil olmasına kömək göstərəcək. Belə ki istifadəçilərinin tamamını qeyri-rezidentlərin təşkil etdiyi xidmətlər üçün əldə edilən ödənişlər ölkəmizə daxil olur. Mobil rezidentlərin yaratdıqları şirkətin nizamnamə kapitalı, vergi və əmək haqqı vəsaitləri, bank xidmət haqqları və digər ödənişlər xarici valyuta olaraq ölkəmizə daxil olacaq. Qeyd edilən birbaşa ödənişlərlə yanaşı m-Residency layihəsi dolayı olaraq ölkə iqtisadiyyatına dəfələrlə böyük həcmdə müsbət təsir edəcək. Həm  işə cəlb edilən vətəndaşlar, şirkətə xidmət göstərən podratçılar, həm də bu şirkətə biznes həlləri təqdim edən digər şirkətlərin hər biri ölkəyə invesitisiya yatıran mobil rezidentdən xeyir əldə edə biləcəklər. Proqram Azərbaycanda real sektorda olan imkanlardan əcnəbilərin yararlanması üçün unikal imkan təqdim etməklə onların ölkəyə cəlbi və nəticədə qeyd edilən sahələrin daha da inkişafına böyük təkan vermiş olacaq. Proqram əcnəbilərin Azərbaycana turist olaraq gəlməsinə də müsbət təsir göstərəcək. Statistik göstəricilərə nəzər salındıqda görünür ki, mobil rezidentlərin yarısından çoxu fəaliyyətə başladıqdan sonra ölkəyə davamlı olaraq səfər edirlər və nəticədə turizm, xidmət və digər sektorların da inkişafına müsbət təsir edirlər.

m-Residency proqramının üstünlükləri

M-Residency proqramı istifadəçisindən asılı olaraq müxtəlif üstünlüklər təqdim edir. Proqram Azərbaycanda bank hesabı olan, lakin yaşama izni və ya digər qanuni sənədi olmayan əcnəbi vətəndaşlara, bank hesablarına giriş imkanı verir. Əlavə olaraq, xaricdə yaşayan həmvətənlərimizə ölkəyə gəlmədən müxtəlif növ elektron dövlət xidmətləri üzrə əməliyyatları həyata keçirməyə şərait yaradılır. Proqram dünyanın istənilən nöqtəsindən baş vurmaq imkanı təqdim etdiyi üçün, əcnəbilərə ölkəmizdəki güzəştli vergi şərtlərindən,  dövlət dəstəkli layihələrdən, subsidiyalardan yararlanmaq imkanı da təqdim edir. Proqram bəzi hallarda hətta istifadəçilərə öz ölkələrindən digər dövlətlərə bir başa çıxışları olmadığı təqdirdə, həmin məhdudiyyət olan bazara, Azərbaycan üzərindən çıxış imkanı da təqdim edir. m-Residencyhüquqi şəxsin qeydiyyatı vasitəsilə əcnəbilərə ölkədə müvəqqəti yaşamaq izni almaq üçün də dolayı dəstək verir. Göründüyü kimi proqram istifadəçidən asılı olaraq bir çox müxtəlif imkanlar təqdim edir.

Proqramın gözləntiləri nələrdir

m-Residency termini yeni bir anlayış olsa da proqramın ölkənin gələcəyinə müsbət təsiri haqqında təsəvvür artıq formalaşıb. Faktiki statistika bizə yaxın gələcəkdə Azərbaycanın Mobil Rezidentlik proqramının bir neçə dəfə böyüyəcəyini və daha çox ölkədən, daha geniş spekterdən iş adamlarının və investorlarının cəlbinə dəstək olacağını deməyə əsas verir. Dünyada neftə olan tələbin azalması, qeyri-neft sektorunun daha da önəm qazanması və rəqəmsallaşmanın sürətlə yayıldığı iqtisadi və siyasi fonda m-Residecy proqramı Azərbaycanın inkişafına daha da dəstək ola, onun tam rəqəmsal m-biznes mühiti təqdim etdiyini dünyaya tanıda və bu üsülla ölkəmizi regionda biznes və investisiya mərkəzinə çevirə bilər.

Nicat Əsədli,      

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri 

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Hamısı