Maliyyə vəziyyəti ürəkaçan olmayan “Azəristiliktəchizat”dan açıqlama - “Nazir aydınlıq gətirib” | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Maliyyə vəziyyəti ürəkaçan olmayan “Azəristiliktəchizat”dan açıqlama - “Nazir aydınlıq gətirib”

İqtisadiyyat A- A A+

“Azəristiliktəchizat” ASC Maliyyə naziri Samir Şərifovun qurumla bağlı bədbin açıqlamasına münasibət bildirib. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istilik tarifləri sosialyönümlü olduğundan və maya dəyərindən aşağı müəyyən edildiyindən xərclərin bir hissəsi dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılır. 

“Bu məsələlərə maliyə naziri tərəfindən aydınlıq gətirilib”, - deyə qurumdan verilən cavabda bildirilib. 

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 2-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib ki, 2019-cu ildə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsinə 11 milyon 200 min manat ayrılıb.

O əlavə edib ki, qurumun maliyyə vəziyyəti ürəkaçan deyil. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...