Azərbaycanın şimal-qərb bölgəsində ərzaq dəyər zəncirlərinin yaradılmasını dəstəkləyəcək yeni layihə öz işinə başlayır | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


Azərbaycanın şimal-qərb bölgəsində ərzaq dəyər zəncirlərinin yaradılmasını dəstəkləyəcək yeni layihə öz işinə başlayır

İqtisadiyyat A- A A+

Azərbaycanın şimal-qərb bölgəsini əhatə edən kənd təsərrüfatına dair yeni layihəsinin icrasına başlanılır.

“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi avqustun 5-də tərəfdaşların onlayn görüşündə təqdim ediləcək.

Görüşdə Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin alt qurumlarının, hədəf rayonların(Qax, Zagatala, Balakən) İcra Hakimiyyətinin nümayəndələrinin, kənd təsərrüfatı məhsul istehsalçıları assosiasiyalarının, özəl şirkətlərin nümayəndələri və layihənin əməkdaşları iştirak edəcəklər. Görüş sosial şəbəkə vasitəsilə canlı yayımlanacaq.

(https://www.facebook.com/events/977021076063560/)

Bundan əlavə görüşə iştirakçı qismində qatılmaq istəyənlər bu link (https://bit.ly/2DoNEil) vasitəsilə qeydiyyatdan keçməlidirlər.  

Qeyd edək ki, Zaqatala, Qax və Balakən rayonlarını əhatə edəcək layihənin əsas məqsədlərindən biri bu regionu ölkədə tanınan və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zəncirlərinin yaradılmasına dəstək verən bir region olaraq tanıtmaqdır. Görüşdə həmçinin Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin kənd yerlərində yaşayan ailələrin rifahına təsiri də müzakirə olunacaq.

“Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqı maliyyəsi dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.

*Görüşdən sonra media nümayəndələrinə görüşə dair press-reliz təqdim olunacaq.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...