Özbəkistan Nayk (Nike) və Adidas brendlərinə məxsus ayaqqabılar istehsal etməyı planlaşdırırlır.
Bu barədə Eurasia Diary AKIpress-ə istinadən xəbər verir
“Nayk və Adidas ilə razılıq əldə olunub. İdman ayaqqabılarının istehsalı Andican vilayətində baş verəcək. Təxminən 3 milyon ayaqqabı cütü istehsalı planlaşdırılır”, Assosiasiya rəhbəri Fəxrəddin Boboyev söyləyib.
Onun sözlərinə görə Özbəkistan Qərb ölkələrinə nisbətdə 3 dəfə ucuz dəri məmulatına və işçi qüvvəsinə sahibdir.
Özbəkistan Mərkəzi Asiyada istehsal qovşağına çevrilməyi planlaşdırır. Boboyev bununla da ixrac coğrafiyasını genişləndirməyin vacibliyini vurğulayıb.