Gömrük sisteminə edilən son dəyişiklikdən sonra alıcı 300 dollardan baha məhsul gətirdikdə əlavə rüsumu özü bir başa Dövlət Gömrük Komitəsinə ödəyəcək.
Bu sözləri SUP.VC Sürətləndirmə Mərkəzinin proqram meneceri Tariel Ağazadə Eurasia Diary-yə söyləyib.
Onun sözlərinə görə, məsələn, əgər alıcı 400 dollar dəyərində bir smartfon sifariş edirsə əlavə dövlət rüsumu ödəməli olacaq:
“İlk öncə onu deyim ki, vergi 36-38 faiz arasındadır və bu dəyişə bilər, çünki bəzi xərclər var. Məsələn, yuxarıdakı nümunədə mobil cihazın qiyməti müəyyən olunmuş dövlət normasını aşdığına görə rüsum şəklində təxminən 40 dollar ödəməli olacağıq”
Tariyel Ağazadə qeyd edir ki, hər şey Dövlət Gömrük Komitəsi tərəfindən həll olunur, yəni, əlavə verigini onlar təyin edir. Misal üçün 100 dolardırsa, siz onlara ya 136,137 ya 138 dollar ödəyəcəksiniz. Yekun məbləği komitə təyin edir.
“Bu ödəniş birbaşa olaraq komitəyə ödənilir. Yəni, siz Dövlət Gömrük Komitəsinə yaxınlaşırsınız və əlavə vergini ödəyirsiniz”.
“Məsələn, işlənmiş iPhone XR-i 250 dollara aldıq, qiyməti dövlətin müəyyən etdiyi həddə olduğundan, gömrük komitəsində dövlət rüsumu ödəməyiniz lazım deyil”.
Tariyel Ağazadə həm də işlənmiş mobil telefonların alışında isə bəzi sənədləri təqdim etməklə proseduru həyata keçirmək olduğunu bildirib.
“Dövlət Gömrük Komitəsinə hansı kartdan alış edilibsə oradan çıxarış edib təqdim edirsiniz. Sonra həmin məhsulun izləmə kodunu təqdim edirsiniz. Bu kodu alış etdiyiniz şirkətdən əldə edə bilərsiniz”.
“Alıcılar qəbzləri özləri ilə saxlamağı məsləhətdir, çünki eyni bir məhsul müxtəlif ölkələrdə fərqli qiymətlərə satılır”.
Tariyel Tağızadə problem yarandığı təqdirdə müraciət ünvanlamağın mümkün olduğunu bildirib. O, bir daha proseslərin Dövlət Gömrük Komitəsi ilə nizamlandlığını qeyd edib.