Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil

İqtisadiyyat 12:58 02.10.2020

Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə Ermənistandakı mövcud iqtisadi ressesiyanı dərinləşdirməkdə və mövcud bütün resurslarını məhv etməkdədir. Belə ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqladığı məlumatlara əsasən rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilmişdir. Qeyd edək ki, bundan əlavə Ermənistanın 2 ədəd SU-25 hərbi qırıcısının dağa çırpılaraq məhv olduğu barədə məlumatlar açıqlanıb. Məhv edilən S-300 sistemlərinin qiymətləri növlərindən asılı olaraq 115 milyondan 160 milyon ABŞ dollarınadək dəyişir. Hərbi-analitik “Deagel nəşri”nə görə Ermənistanın arsenalında olan silahlar isə S-300-lərin PMU1 modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə 160 milyon ABŞ dolları civarında, bir raketinin qiyməti isə 1 milyon ABŞ dollarından çox qiymətləndirilir. Həmçinin, SU-25 təyyarələrinin 11 milon ABŞ dolları dəyərində qiyməti mövcuddur. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək T-72 və onun müxtəlif modifikasiyalarının ümumi qiymətləri isə 300 milyon ABŞ dolları civarında qiymətləndirilir. Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini qeyd edirlər. Bu tipli silahların birinin qiyməti isə 20-25 milyon ABŞ dolları arasında dəyişir. Həmçinin, ötən 4 gün ərzində düşmənin sıradan çıxarılmış təkcə avtomobil texnikasının ümumi qiyməti 2 milyon ABŞ dollarından çoxdur. Göründüyü  kimi, cəmi  4 gün ərzində qəhrəman ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilmişdir.

Qeyd edək ki, bu ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi 634 milyon ABŞ dolları civarındadır. Dünya Bankının məlumatına əsasən bu ölkənin Ümumi Daxili Məhsulu 2019-cu ildə 13 milyard ABŞ dolları civarında olmuşdur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən bu ölkə hər il ÜDM-nin 5 faizə yaxınını hərbi xərclərə ayırır. Nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv etmişdir.

Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Çünki, pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirmişdir. Bu baxımdan bu ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyildir. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olmuşdur. Bu ölkənin Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalmışdır. Cari ilin iyul ayının göstəricilərinə əsasən ticarət balansında 1 milyard ABŞ dolları həcmində kəsir mövcuddur. Fiskal büdcə defisiti isə ÜDM-in 5%-i civarındadır. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə onsuz da 10 faiz azalmışdı. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyini və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyini proqnozlaşdırmaq heç də çətin deyildir. 

Belə ki, Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, bu ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları həcmindədir.   Artıq cəmi 4 gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb. Yeganə olaraq, erməni hökumətinin istinad edə biləcəyi borclanma siyasətinin də artıq fayda verməyəcəyi məlumdur. Belə ki, bu ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda da ölkənin getdikcə borc bataqlığında batdığı görünməkdədir. 2020-ci ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalmışdır. Həmçinin, bu ölkənin 6 milyard 48 milyon ABŞ dolları həcmində xarici borcu mövcuddur. Hələ müharibə başlamazdan öncə dövlət borcunun 2020-ci ildə ÜDM-in 60%-dək artması Maliyyə Nazirliyinin proqnozlarında əks olunurdu. Qeyd edək ki, qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən bu göstəricinin 40 %-dən yüksək olması ölkənin maliyyə və iqtisadi təhlükəsizliyi üçün təhlükəli hesab olunmur. Ermənistan hökumətinin rəsmi proqnozlarında 2025-ci ilədək Ermənistanın bu borc bataqlığından çıxmayacağı və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılmışdır. Digər tərəfdən, 2020-ci ilin Statistika Komitəsinin 31 avqust tarixinə açıqladığı məlumatlardan da görünür ki, bu ölkənin dövlət borcunun 76 faizdən çoxu xarici valyutada, əsasən də ABŞ dollarında (40%-ə yaxın) əks olunmuşdur və ümumi borcların 20%-ə yaxını üzən faiz dərəcəsi alınmışdır ki, bu da qarşıdakı qeyri-stabillik vəziyyətlərində bu ölkənin borclara görə ödədiyi borca xidmət xərclərini artıracaqdır.  Hazırda bu ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon ABŞ dolları təşkil edir. Ümumi həcmdə əsas pay bir neçə beynəlxalq təşkilat və ölkədən olan investorlara məxsusdur ki, burada da borc tərkibinin diversifikasiya edilmədiyinin şahidi oluruq və gözləniləndir ki, bu istiqamətdə investiyalar repatriasiya ediləcəkdir. Bu baxımdan, hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşmüşdür.

Göründüyü kimi, statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla savaşı uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını göstərir. Statistik göstəricilərdən də vacibi isə, həqiqət anının Azərbaycan xalqının tərəfində olması fonunda ölkəmizdəki milli birlik qarşısında düşmənin çökəcəyi gün uzaqda deyildir.

İİTKM-in departament rəhbəri Ayaz Museyibov                                                                                                                            

 

 

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
Hamısı