Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Türkiyə Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilərək keçmiş maliyyə naziri ilə əvəzlənib.
Eurasia Diary xəbər verir ki, şənbə günü verilən fərman ilə Mərkəzi Bankın sədri Murat Uysal 16 ay sonra vəzifəsindən uzaqlaşdırılıb.
Onun yerinə isə keçmiş maliyyə naziri olmuş Naci Aqbal gətirilib.
Bu qərarın səbəbi isə son zamanlarda türk lirəsinin rekord səviyyədə ucuzlaşması olub. Son aylarda 1 dollar 8.52 lirə ilə dəyərinə qalxıb.
Qeyd edək ki, bu il ərzində türk lirəsi 30 faiz ucuzlaşıb.