TAP kommersiya əməliyyatlarına başlayır SOCAR

İqtisadiyyat 18:20 15.11.2020

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başladı.

Eurasia Diary SOCAR-a istinadən xəbər verir ki, peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışmışdır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP-ın idarəedici direktoru Luca Schieppati belə şərh vermişdir: “Bu gün, uzunmüddətli perspektiv planlar gerçəkləşir! Mən ilk növbədə layihəyə cəlb olunmuş bütün insanların sədaqəti və fədakarlığı, səhmdarlarımızın, dəyər zənciri üzrə bütün hökumətlərin, Avropa İttifaqının, layihə üzrə çalışmış tədarükçü və podratçıların möhkəm inamı və qətiyyəti sayəsində gerçəkləşmiş bu nailiyyətə görə hədsiz qürur duyuram. Yeni nəqliyyat sistemi operatoru kimi, ən yaxşı sənaye praktikası və standartlarına uyğun işlənmiş və inşa edilmiş TAP iki cəhətdən diversifikasiya üçün imkan yaradır: kəmər yeni və davamlı enerji marşrutu və eyni zamanda gələn onilliklərdə Avropanın milyonlarla istehlakçısına qaz çatdıracaq etibarlı mənbədir.”

TAP Direktorlar Şurasının sədri Murad Heydərov əlavə edib: “Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya əsas təbii qaz daşıyıcısı və hazırda enerji nəqlinin ən müasir və etibarlı sistemlərindən biridir. 3500 kilometrlik Cənub Qaz Dəhlizinin əsas komponentlərindən olan TAP özündə strateji və bazar rəqabəti xüsusiyyətlərini birləşdirir. Avropa İttifaqının inteqrasiya edilmiş enerji bazarına və davamlı, etibarlı və çoxşaxəli enerji istehlakı strukturuna nail olmaq kimi əsas hədəflərini dəstəkləyən, təmiz enerji nəqli istiqamətində davam edən axınlara töhfə verən layihə Avropanı daha bir tədarük mənbəyi ilə təmin edir.”

TAP layihəsinin icrası dövründə qeydə alınmış bəzi faktlar və rəqəmlər:

■ Yunanıstan (550 km), Albaniya (215 km) ərazileri, Adriatik dənizinin dibile (105 km) kecerek, İtaliya sahillərinə (8 km) çıxır.

■ Ümumi çəkisi 520 000 ton olan təxminən 55 000 boru kəməri parçası; Albaniya dağlarında 2100 metr hündürlükdən Adriatik dənizində 810 metr dərinliyə qədər tikinti işləri.

■ 50 milyon insan-saatdan çox iş həcmi, 140 milyon kilometrlik avtomobil hərəkəti; böyük insidentlər olmadan dünya standartlı təhlükəsizlik rekordu.

■ €3.9 milyard məbləğində layihə maliyyələşdirilməsinin etibarlı təminatı və torpaq icarədarlarının sosial və ekoloji tələblərinə riayət olunması.

■ Kəmərin marşrutu boyunca yerli icmalarla davamlı ünsiyyətdə olan TAP etibarlı münasibətlər qurmuş və geniş spektrdə sosial və ekoloji investisiyalar həyata keçirərək, insanların həyatında real dəyişikliklər yaratmışdır.

■ Mükəmməllik, insan amili, dürüstlük və məsuliyyət dəyərlərinə əsaslanan və ''nəticəyə necə nail olmağımız nəticənin özü qədər vacibdir'' şüarında əks olunan güclü bir korporativ mədəniyyətin qurulması.

TAP səhmdarları bp (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar vermişlər.

Trans-Adriatik Boru Kəməri (TAP) haqqında

TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. 878 km-lik kəmər Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək, Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır.

TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır.

Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi, TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsiliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
Hamısı