İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vətən müharibəsi və post-konflikt dövrünə aid fəaliyyətinə dair hesabat verib - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vətən müharibəsi və post-konflikt dövrünə aid fəaliyyətinə dair hesabat verib - FOTOLAR

İqtisadiyyat A- A A+

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə hesabat təqdim edib. İİTKM-in Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova bildirir ki, hesabatda bu il sentyabr ayının 27-dən noyabr ayının 20-ə qədər müddətdə İİTKM tərəfindən Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda hazırlanan materialların bir qismi barədə məlumatlar təqdim edilib. Göstərilib ki, İİTKM-in 400-ə yaxın məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub. Həmin məqalələrin bir qismi hesabatda nümunə kimi göstərilib.

Eyni zamanda yerli və beynəlxalq TV və radio kanallarına açıqlamalar verilib. 20-ə yaxın TV və Radioda 90-a yaxın çıxış olub, Vətən müharibəsinin gedişində fərqli istiqamətlər üzrə 4 mətbuat konfransı keçirilib. Mətbuat konfranslarında İİTKM-in hazırladığı müvafiq araşdırmalar təqdim edilib. Bu araşdırmalar əsasən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc əhaliyə və mülki infrastruktura dəymiş ziyan, Ermənistanın hərbi itkiləri barədə olub.

İİTKM–in sosial şəbəkələrdəki rəsmi səhifələrində 500-dən artıq məlumatlandırıcı postlar paylaşılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə Hesabatı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/39h682j

 

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...