Gələn il Azərbaycanda inflyasiyanın 3% səviyyəsində olacağı proqnozlaşdırılır.
Eurasia Diary-nin məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, ötən il olduğu kimi, məzənnə dayanıqlığının təmin olunmasına və inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub.
Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7 manat təşkil edib.
Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən orta illik inflyasiyanın cari ilin sonunda 2,8%, 2021-ci ildə isə 3% səviyyəsində olacağı proqnozlaşdırılır.