Səudiyyə Ərəbistanı ilə külək elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb

İqtisadiyyat 11:42 30.12.2020

Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Eurasia Diary xəbər verir ki, müqavilələrin imzalanması videokonfrans formatında baş tutub. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və hər iki ölkənin səfirlərinin iştirakı ilə müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan imzalayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Nazir çıxışında “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “ACWA Power” şirkəti ilə əməkdaşlıq əlaqələrindən, şirkətlərin seçim prosesinin şəffaf şəkildə həyata keçirilməsindən, cari ilin yanvar ayında Nazirlər Kabinetində imzalanmış 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı İcra müqaviləsi üzrə görülmüş işlərdən bəhs edib. Həmçinin bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyəti xüsusi olaraq diqqətə çatdırılıb. Enegetika naziri Pərviz Şahbazov deyib: Müqavilələrin imzalanması və layihənin icrası ölkəmizdə formalaşmış biznes mühitinə olan inamın göstəricisidir və iqtisadi əməkdaşlığımızda yeni mərhələnin başlanğıcını qoyur. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, bəzi istehsal və xidmət sahələrinin yaranmasına yol açacaqdır“.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud isə “OPEC plus” çərçivəsində Azərbaycanın öhdəliklərinin icrasını və qlobal neft bazarının sabitləşdirilməsində mühüm rolunu yüksək qiymətləndirib. Külək elektrik stansiyası üzrə imzalanmış müqavilələri isə hər iki ölkənin iqtisadiyyatı şaxələndirmək kursunun nümunəsi kimi dəyərləndirib: “Bu layihə yalnız ölkələrimiz üçün deyil, dünya üçün əhəmiyyətlidir. Çünki qlobal enerji sektoru çağırşlarla üz-üzədir. Dayanıqlı inkişafa nail olmaq üçün bütün enerji resurslarından istifadə olunmalıdır. Bu gün imzaladığımız layihə bu məqsədə nail olmağa kömək etməklə yanaşı, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələri gücləndirəcəkdir. Səudiyyə Ərəbistanı olaraq Azərbaycanın enerji resurslarını şaxələndirmə siyasətində iştirakdan məmnunuq. 240 MVt-lıq layihə Azərbaycanın enerji diversifikasiyasına və bərpa olunan enerji sahəsində irəlilələməsinə töhfə verəcək. “ACWA Power” şirkəti zəngin təcrübəsindən istifadə edərək Azərbaycanın elektrik enerjisinə olan ehtiyaclarını iqtisadi cəhətdən sərfəli və beynəlxalq standartlara uyğun şəkildə ödəmək səylərini dəstəkləyəcək.”

Tədbirdə, həmçinin “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də çıxış edib. Müqavilə layihələrinin hazırlanması prosesində səhmdar cəmiyyət tərəfindən görülmüş və müqavilələrin imzalanmasından sonra həyata keçiriləcək işlər haqqında məlumat verilib. Bildirilib ki, bu layihənin reallaşdırılması milli iqtisadiyyatımızın inkişafına stimul verəcək, ölkəmizin enerji dayanıqlığının təmin edilməsində xüsusi rol oynayacaq, təbii sərvətimiz olan qaza qənaət etməyə imkan verəcək və ekologiyaya müsbət təsir göstərəcəkdir.

“ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan layihə çərçivəsində Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Hər iki ölkənin energetika nazirlərinin layihəyə dəstəyini yüksək qiymətləndirib. Qeyd edilib ki, COVİD-19 qlobal pandemiyasının mənfi təsirlərinə baxmayaraq həm layihə üzərində, həm də layihənin reallaşması üçün imzalanması zəruri olan müqavilə sənədlərinin formalaşdırılması və razılaşdırılması üzərində intensiv işlər davam etdirilib. Bu sahədə müqavilə tərəflərinin peşəkarlığı, əzmi və səriştəsi nümunə hesab edilə bilər.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI

Xəbər xətti

Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Hamısı