Macarıstan hökuməti kütləvi vaksinasiya üçün Rusiya istehsalı Sputnik peyvəndlərindən istifadə olunmasından imtina edib.
Eurasia Diary UNIAN-a istinadən xəbər verir ki, Macarıstan 6 min doza rus istehsalı vaksin alıb, lakin bu, hələki test mərhələsindədir.
"Rusiyanın [lazımı qədər dozada] istehsal etmək üçün kifayət qədər istehsal gücü yoxdur. Sınaqlarda iştirak etməkdən məmnunuq, lakin peyvəndlər Aİ daxilində və ya Çindən satın almaqla çox miqdarda təmin edilə bilər", Macarıstan rəsmisi söyləyib.