Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana gedir | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana gedir

İqtisadiyyat A- A A+

Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında qeyd edib. O bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək. Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...