2020-ci ildə malların real satış həcmləri və qiymətləri ilə aparılan yoxlamalar nəticəsində 8.5 milyard və ya 16.4 milyon ABŞ dolları dəyərində qanunsuz dövriyyə aşkar edilib.
Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin İstintaq və Əməliyyat-Axtarış şöbəsinin müdiri Vahan Çarxifalakyan məlumat verib.
Onun sözlərinə görə, il ərzində 493 tədbir görülüb. Keçən il isə görülən tədbirlərin sayı 87 olub və 1.6 milyard dram həcmində qanunsuz dövriyyə ifşa edilib.