Böyük hesablama: - Neftimiz 25, qazımız 120 il bəs edəcək | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


Böyük hesablama: - Neftimiz 25, qazımız 120 il bəs edəcək

İqtisadiyyat A- A A+

Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.

Eurasia Diary bildirir ki, "Fitch Ratings"  BP ilə birgə apardığı hesablamalar nəticəsində belə qənaətə gəlib.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alan "Fitch" onu da bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları daha 120 ilə çatacaq.

Beynəlxalq agentlik qeyd edir ki, bu göstərici üzrə Azərbaycan yalnız Qətərə  uduzur və dünya liderlərindən biridir. Qazaxıstanın qaz ehtiyatları üzrə hasilatı nəzərə alınsa, o, Azərbaycan ilə eyni səviyyədədir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə 34,6 mln. ton neft,  37,14 mlrd. kubmetr və 35,6 mlrd.kubmetr isə qaz istehsal edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...