“Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək - “Türkmənqaz” | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


“Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək - “Türkmənqaz”

İqtisadiyyat A- A A+

Xəzər dənizindəki “Dostluq” yatağının Türkmənistan və Azərbaycan tərəfindən birgə istismarı təbii qazın qərb istiqamətində ixracına imkan verəcək.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu “Türkmənqaz” dövlət konserninin sədr müavini Quvanç Aqacanov Türkmənistanın neft və qaz sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forumun plenar iclası zamanı deyib.

Qazın Türkmənistandan Avropa ölkələrinə ixracı Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi halında mümkün olacaq. Transxəzər qaz kəməri öz növbəsində Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələri ilə əlaqələndirən “Cənub Qaz Dəhlizi”nə qoşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...