Rusların yerləşmə nöqtələrini dəqiqləşdirməklə bağlı müzakirələr aparılır - Paşinyan | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Rusların yerləşmə nöqtələrini dəqiqləşdirməklə bağlı müzakirələr aparılır - Paşinyan

İqtisadiyyat A- A A+

Ermənistanin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistanın Vardenis bölgəsində sakinlərlə görüş zamanı Zod-Xəzinəvar sektoru haqqında danışıb. O qeyd edib ki, mümkün olduğu qədər problemi sülh yolu ilə həll etmək üçün real bir şans var, problemi dinc danışıq yolu ilə həll etmək üçün hər şey ediləcək.

“Kompromis variant olaraq təklif etmişəm ki, qoşunlar güzgü variantında sərhəddən geri çəkilsinlər, orada rus sülhməramlılar yerləşdirilsinlər, tərəflərin razılaşmaya əməl etmələri üçün nəzarət altında saxlasınlar. Bundan sonra sərhədin demarkasiyası və delimitasiyası beynəlxalq himayə altında ATƏT-in Minsk qrupunun iştirakı ilə baş tutsun. Bu gün biz rus tərəfdaşlarımızla gündəlik təmasdayıq. Onların nümayəndələri gəliblər, yerindəcə ərazilərə, yerləşə biləcəkləri mümkün nöqtələrə baxıblar”, - deyə Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, indi rus sülhməramlıların mümkün yerləşmə nöqtələrini dəqiqləşdirməklə bağlı müzakirələr aparılır.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...