Dünya bazarlarında neft ucuzlaşmağa başlayıb | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Dünya bazarlarında neft ucuzlaşmağa başlayıb

İqtisadiyyat A- A A+

ABŞ-da xammal ehtiyatlarının azalması fonunda neft qiymətlərinin artmasından sonra korreksiya səbəbindən dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

Eurasia Diary “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,44 % bahalaşaraq, 1 bareli 74,06 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,36 % aşağı düşərək, 1 bareli 71,89 ABŞ dolları təşkil edib.

Daha əvvəl ABŞ-da xammal ehtiyatlarının artması haqqında xəbərlər neftin qiymətində nəzərəçarpacaq artıma səbəb olmuşdu. Belə ki, ölkənin Energetika Nazirliyi ötən həftə ərzində kommersiya ehtiyatlarının 7,4 milyon barel azalaraq, 466,7 milyon barelə düşdüyünü açıqlamışdı. Analitiklər ehtiyatların 3,3 milyon barel azaldığını güman edirdilər.

Bundan başqa, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra möhkəmlənməyə başlayan dollar da neftə təsir göstərir.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...