Neft bazarında qiymət azalmasının sürəti zəifləyib | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

İqtisadiyyat A- A A+

Dünya neft bazarında qiymət azalmasının sürəti bir qədər zəifləyib.

Eurasia Diary xəbər verir ki, Bakı vaxtı ilə saat 14.51-ə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri 0,56 faiz ucuzlaşaraq 72,67 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri isə 0,38 faiz ucuzlaşaraq 70,77 dollardan satılıb. Ötən gün isə hər iki marka müvafiq olaraq 1,76 faiz və 1,54 faiz ucuzlaşmışdı.

Qiymət azalması daha çox Federal Ehtiyatlar Sistemi 2023-cü ildə faiz dərəcələrini artıracağını açıqladıqdan sonra bazarda baş verən dalğalanmalarla əlaqələndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...