"Bank of America" - Neftin qiyməti gələn il 100 dollara çata bilər | Eurasia Diary - ednews.net

26 İyul, Bazar ertəsi


"Bank of America" - Neftin qiyməti gələn il 100 dollara çata bilər

İqtisadiyyat A- A A+

"Bank of America Corporation" trans milli investisiya bankı qlobal səyahətlərə tələbin artması fonunda, 2022-ci ildə neftin qiymətinin 1 barelə görə 100 ABŞ dollarına çata biləcəyinin mümkünlüyünü bildirib.

Eurasia Diary-nin məlumata görə, dünyanın əsas maliyyə qurumlarının və təşkilatlarının verdiyi proqnozlar arasında sözügedən proqnoz ən yüksəkdir. Bankın hesabatında bildirilir ki, COVID-19 pandemiyasından sonra baş verən iqtisadi bərpa yanacaq sərfiyyatını artırdığına, yeni istehsala yatırılan sərmayələrin ətraf mühit problemləri ilə əlaqadar azaldığına görə, qlobal neft istehlakı 2022-ci ildə də tədarükü üstələməyə davam edəcək.

Beləliklə, neft qiymətlərinin üç rəqəmli göstəriciyə qayıtdığı halda, bu, 2014-cü ildə bəri qeydə alınmış ən yüksək qiymət səviyyəsi olacaq. Xatırladaq ki, 2014-cü ildə Şimali Amerikanın şist nefti istehsalçılarının tədarükü kəskin artırdığından sonra neft bazarında qiymətlər çökdü və indiyədək hələdə bərpa olunmayıb.

Bundan əlavə qeyd olunur ki, həddindən artıq "öküzvari" ("bullish") proqnozlar gələn həftə görüşəcək "OPEC+" ölkələrinə də təzyiq göstərir, belə ki, bəzi ölkələrin hasilatın artıracağı gözlənilir.

Qeyd edək ki, bu gün ICE London qitələrarası birjasında "Brent" neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsi 74 dollar ətrafında ticarət olunur.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...