Rusiyada günəbaxan yağı ucuzlaşmağa başlayıb. Eurasia Diaru RBK agentliyinə istinadla xəbər verir ki, “Sovekon” analitik mərkəzinin direktoru Andrey Sizov bunun rekord həcmdə günəbaxan məhsulunun olacağına dair gözləntilər fonunda baş verdiyini söyləyib.
Son vaxtlar dünyada günəbaxan yağının bir tonunun qiyməti 1,7 min dollara çatmışdısa, indi bu rəqəm təxminən 1,1 min dollardır. Sizovun sözlərinə görə, Rusiya bazarlarında qiymətlər aşağı düşməyə başlayıb, lakin hələlik dünya bazarındakı qiymətlər kimi sürətli templə düşmür.
Günəbaxan yağının hazırlandığı günəbaxan məhsulu 2021-ci ildə rekord ola və 15,9 milyon tona çata bilər. Əvvəlki maksimum iki il əvvəl qeydə alınıb - məhsul 15,4 milyon ton olub.
Qeyd edək ki, son il ərzində də Azərbaycanda günəbaxan yağının qiyməti ciddi şəkildə qalxıb. Ötən il bu zamanla müqayisədə qiymətdə 100 faizdən çox artım var. Azərbaycanın günəbaxan yağına olan tələbatının təqribən 70%-i Rusiyadan idxaldan asılıdır. İndi isə Rusiyada bu məhsulun qiyməti düşür. Belə çıxır ki, qiymət Azərbaycanda da düşməlidir.
İmkan versələr...