"Bakıda dollar satışına sərt məhdudiyyət var" Mərkəzin Bankın rəsmi qərarı...

İqtisadiyyat 15:50 18.07.2021

Azərbaycan bankları xarici valyutanın satışına məhdudiyyət tətbiq ediblər, lakin nizamlayıcı orqan-Mərkəzi Bank belə məhdudlaşdırma siyasəti tətbiq etmədiyini bildirir.

Virtualaz.org xəbər verir ki, bu haqda “Bloomberg” agentliyinin məqaləsində bildirilir.

“Nəsimi Paşayev xaricdə oxuyan oğlunun təhsil haqqını ödəmək üçün Bakı banklarından avro almaq istəyəndə ona valyuta satmaqdan imtina ediblər, deyiblər ki, valyuta satışı Mərkəzi Bank tərəfindən məhdudlaşdırılıb”,- agentlik bildirir.

Qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri də buna oxşar bir çox xəbərlər yayırlar. Banklar bildirirlər ki, ötən ilin martından bu yana adambaşına ildə təxminən 11.800 dollar ekvivalentində (20 min AZN) xarici valyuta satışı qaydası tətbiq edilir, hərçənd Mərkəzi Bankın bu haqda rəsmi qərarı yoxdur.

“Bloomberg”in sorğusuna cavab olaraq Mərkəzi Bankdan elektron poçtla bildiriblər ki, Azərbaycanda “liberal valyuta bazarı” hökm sürür və kreditorlar ancaq öz daxili qaydaları əsasında “valyuta risklərini azaltmaq üçün” tədbirlər görə bilərlər.

Agentliyin əlaqə saxladığı banklar isə valyuta məhdudiyyətinin tətbiq edildiyi barədə ya şərh verməkdən imtina ediblər, ya da Mərkəzi Bankın açıqlamasını təkrarlayıblar. Üç keçmiş və indiki bank rəhbəri isə anonimlik şərti ilə bildirib ki, tənzimləyici orqan 2020-ci ilin martında dollara tələbat 1.9 milyard dolları keçəndə və manatın yenidən devalvasiyası barədə şaiyələr yayılanda qeyri-formal məhdudiyyətlər tətbiq edib. Həmin 20 min manat ekvivalentində xarici valyuta limitini keçən şəxslər hüquqi şəxs qismində qeydiyyatdan keçməli, vergi orqanlarına hesabat verib öz gəlir mənbələrini açıqlamalıdır.

Bu məlumatı virtualaz.org-a şərh edən deputat Vahid Əhmədov isə deyib ki, valyuta satışının məhdudlaşdırıldığı haqda ona məlumatlar daxil olmayıb.

 

“Hətta belə məhdudiyyət varsa belə, mən buna normal baxıram, çünki istənilən ölkənin hökuməti öz maliyyə bazarını nizamlamaq hüququna malikdir. Ola bilsin Mərkəzi Bank tərəfindən banklara valyuta mübadiləsini hansısa formada tənzimləmək barədə tövsiyələr göndərilib. Bu, izaholunandır və daxili bazarın qorunması üçün edilir”,-Vahid Əhmədov deyib.

V.Əhmədov əlavə edib ki, elə bu günlərdə onun tanışlarından biri heç bir maneə olmadan banklardan birindən 12 min dollar ala bilib. Deputat ölkədən dollar axını probleminin olduğunu təsdiq edir və deyir ki, bunun qarşısını almağın yolları tapılmalıdır. Üstəlik əhali öz əmanətlərini dollarla saxlayır. “Bu da onunla əlaqəlidir ki, vaxtaşırı olaraq manatın devalvasiyası barədə şayiələr yayılır. Lakin bu şaiyələrin heç bir əsası yoxdur. Büdcə müzakirələri zamanı biz Milli Məclisdə biz bütün iqtisadi məsələləri müzakirə etdik, devalvasiya üçün əsas olmadığını gördük. Üstəlik indi neftin qiyməti də qalxıb və bu da manatın möhkəmlənməsinə imkan yaradır”,-deputat deyib.

V.Əhmədov vurğulayıb ki, adi vətəndaşlar xaricə aparmaq üçün hansısa cüzi məbləğlərdə dollarlar alırlar. Ölkədən milyardlarla dolları çıxaranlar isə oliqarxlardır.

Virtualaz.org məsələ ilə bağlı Mərkəzi Banka müraciət etsə də şərh ala bilməyib.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Hamısı