Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dolları keçib - ednews.net

20 Yanvar, Cümə axşamı

Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dolları keçib

İqtisadiyyat A- A A+

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4% (2,2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını üstələyib.

EDNews.net-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, AMB-nin ehtiyatları isə 10,2% artaraq 7 mlrd. dolları keçib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.

Qeyd edilir ki, ötən iclasdan bəri AMB-də keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...