Azərbaycanda ötən il neft məhsullarının istehsalı 13 faizdən çox artıb - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Azərbaycanda ötən il neft məhsullarının istehsalı 13 faizdən çox artıb

İqtisadiyyat A- A A+

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4394,6 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanacaq mazutunun istehsalında 70,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında 67,2 faiz, sürtkü yağlarının istehsalında 39,1 faiz, neft koksunun istehsalında 29,7 faiz, dizel yanacağının istehsalında 16,2 faiz, avtomobil benzininin istehsalında isə 7,9 faiz artım olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...