Ötən il kartlarla nağdsız ödənişlərin həcmi nə qədər olub? - RƏSMİ - ednews.net

29 May,

(+994 50) 229-39-11

Ötən il kartlarla nağdsız ödənişlərin həcmi nə qədər olub? - RƏSMİ

İqtisadiyyat A- A A+

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 83 faiz artıb.

Ednews Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11 milyard 172 milyon manat olub.

Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 208 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 3 milyard 927 milyon manatı POS-terminallar, 37 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,6 faizini təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...