Kriptovalyuta bazarında bu gün ucuzlaşma müşahidə olunur.
Ednews FED-ə istinadən xəbər verir ki, faiz qərarından sonra bu səhər kriptovalyutanın qiyməti aşağı düşüb.
FED gözlənildiyi kimi uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlasa da, inflyasiyanın 2%-dən xeyli yuxarı qalxdığını və güclü əmək bazarı göstəricilərinin olduğunu nəzərə alaraq, mart ayında uçot dərəcələrini yüksəltmək yolunda olduqlarına işarə edib.
Xatırladaq ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.
Aysel Bədəlova