İngiltərədə illik inflyasiya 5.5% olaraq 30 ilin rekord səviyyəsinə çatıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, hələ ilin əvvəlində iqtisadçılar və Mərkəzi Bank inflyasiyanın 5.4%-də qalmasını proqnozlaşdırıblar. Lakin proses gözləntilərin əksi olaraq cərayan edib.
Qeyd edək ki, pandemiyadan sonra bütün dünyada inflyasiya yüksəlməyə başlayıb.
Xatırladaq ki, Mərkəzi Bank aprel ayında inflyasiya səviyyəsinin 7.25%-ə çatmasını gözləyir.
Aysel Bədəlova