Ekspertlərdən inflyasiya proqnozu Dünya iqtisadiyyatını hansı dəyişikliklər gözləyir?

İqtisadiyyat 15:03 19.02.2022
Ölkələrin inkişafında xüsusi yerə sahib olan iqtisadiyyatda baş verən dəyişikliklər hər gün insanlar tərəfindən böyük maraqla izlənilir. ABŞ, İngiltərə, Almaniya olmaqla dünya dövlətlərinin əksəriyyətində yaşanan inflyasiya qlobal miqyasda narahatlığa səbəb olub. Mövcud vəziyyətin səbəbi isə hər ölkə üçün müxtəlifdir. 
 
Xatırladaq ki, inflyasiya şəraitinin mərkəzi bankları öz siyasətlərini dəyişdirməyə məcbur etməsindən sonra ABŞ Mərkəz Bankının sədri Jerome Powell “Federal Açıq Bazar Komitəsinin inflyasiyanın hədəfimizə uyğun gəlməsini təmin edəcək vasitələrdən istifadə edəcəyini” bildirib. 
 
İnflyasiya ABŞ-da 7% və Almaniyada 5.3% benzin və qida məhsullarının qiymətləri yüksəldərkən, Belçikada enerji qiymətlərinin 7.6% artmasına səbəb olub. Yaranmış şərait nəinki həmin ölkələrdə yaşayan əhalini, həm də başqa dövlətlərdən olan insanları da narahat etdiyindən bir çox suallar yaradır. 
 
 
Bəs, inflyasiyanı yaradan əsas səbəblər hansılardır?
 
Bu suala iqtisadçı Eldəniz Əmirovla cavab tapmağa çalışdıq. 
 
 
O, Ednews-a açıqlaması zamanı dünyada inflyasiya səviyyəsinin sürətlə artmasını pandemiya şəraiti ilə əlaqələndirib.
 
“İstər ABŞ, istərsə də Avropa ölkələrində inflyasiyanın artımındakı səbəb təbii olaraq pandemiyadır. Pandemiya dövründə iqtisadi aktivliyi artırmaq məqsədilə ABŞ-ın Federal Ehtiyat Sistemində uçot dərəcəsi 0 dərəcəyə qədər endirilib. Lakin, iqtisadi aktivliyin artması inflyasiya meyllərini sürətləndirib.”
 
O yaranmış vəziyyətin səbəbini yalnızca uçot dərəcəsinin endirilməsində deyil, həm də dünya iqtisadiyyatına daxil edilmiş 17 trilyon dollar məbləğində vəsaitdə də görür. 
 
“İqtisadi aktivliyi artırmaq üçün qlobal iqtisadiyyata ABŞ da daxil olmaqla dünyanın aparıcı dövlətləri tərəfindən daxil edilən 17 trilyon dollar məbləğində vəsait həmin dövrdə dünya üzrə 83 trilyon dollar həcmində ÜDM-in 21-22%-i təşkil edib. Bu vəsait real sektora yönəlmədiyindən əlavə pul kütləsi dövriyyəyə daxil olub və inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb.”
 
Söhbət zamanı o, ABŞ-ın inflyasiyanın yüksəlməsinin qarşısını almaq məqsədilə gördüyü tədbirlərdən də danışıb.
 
“İnflyasiyanın qarşısını almaq üçün ABŞ-ın Federal Ehtiyat Sistemində tam 8 dəfə toplantının olacağı gözlənilir. Bu toplantılarda yenidən uçot dərəcəsinin qaldırılması planlaşdırılır.”
 
Deputat Vüqar Bayramov isə düşünür ki,  bu gün dünyada ən qlobal problem sayılan ərzaq da daxil olmaqla bir sıra məhsulların qiymətlərin artmasına səbəb birbaşa inflyasiyadır.
 
“2021-ci il dünya bazarında rekord qiymət artımları ilə yadda qaldı. Davam edəcəyi proqnozlaşdırılan ərzaq məhsullarında 38%, taxılda isə 45% olan qiymət artımına səbəb dünya bazarında pandemiyaya görə tələbin artması, təklifin azalmasıdır.”
 
O, inflyasiyanın Azərbaycan üçün yaratdığı nəticələr və onların aradan qaldırılması yollarından da söz açıb.
 
“Əsasən istehlak bazarında müşahidə edilən inflyasiya Azərbaycanın idxal etdiyi məhsulların qiymətlərində öz əksini tapıb. Ölkəni mövcud şəraitə uyğunlaşdırmaq məqsədilə dövlət siyasətinin əsas istiqamətlərindən biri yerli istehsalın artırılması və tələbin daxili istehsal hesabına ödənilməsi olub. Növbəti illərdə ərzaq qıtlığı olacağını nəzərə alaraq Azərbaycan ərzaq məhsullarına olan tələbi yerli mənbələr hesabına ödəməyə çalışacaq”.
 
Aysel Bədəlova
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı