Azərbaycan banklarından biri Rusiya rublu ilə əməliyyatları müvəqqəti dayandırıb.
Ednews xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının əməkdaşları bu barədə müvafiq göstəriş alıblar.
Həmçinin bankın müştərilərinə bu barədə bildiriş mesajı göndərilib.
"Rusiya rublu ilə bank əməliyyatları həm fiziki, həm də hüquqi şəxslər üçün müvəqqəti dayandırılıb”, - deyə qeyd edilib.