Azərbaycan üç ayda ən çox Türkiyədən məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən Ednews-a bildirilib ki, birinci rübdə ən çox Türkiyə, Rusiya və Çindən məhsul idxal olunub.
Türkiyədən idxalın dəyəri 482,1 milyon ABŞ dolları, Rusiyadan 476,1 milyon dollar, Çindən isə 471,4 milyon dollardır.